BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin BYD konserninə daxil olan premium "Yangwang" markası ilk flaqman elektrik sedanı "Altior" modelini ictimaiyyətə təqdim edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilin təqdimatı Quançjou avtosalonunda keçirilib. Yeni model lüks avtomobillər bazarında "Rolls-Royce" və "Mercedes-Maybach" kimi markalarla rəqabət aparmaq iddiasındadır.
"Altior"un ilkin satış qiyməti 2,08 milyon yuan (təxminən 530 570 manat) təşkil edir. Uzunluğu 5,6 metr, təkər bazası isə 3,5 metr olan sedanın xarici görünüşündə qədim Çin mədəniyyətinin elementlərindən istifadə edilib. Dizayn konsepsiyasının əsasını ənənəvi bürünc ritual qabı olan dinqin forması təşkil edir.
Avtomobilin ön radiator barmaqlığı əl işi təsiri bağışlayan 137 dekorativ elementlə bəzədilib. Ön hissədə sahibinin yaxınlaşmasını müəyyən edən və ardıcıl yanan 12 işıq modulu yerləşdirilib. Optik sistem zərgərlik üslubunda hazırlanıb, avtomobilin emblemi isə 24 karatlıq qızıldandır. Qapıların açılma mexanizmi də fərqlidir: ön qapılar 80, arxa qapılar 90 dərəcə yan tərəfə açılır. Bundan əlavə, qapıların daxilində çətirlər üçün xüsusi bölmələr nəzərdə tutulub.
"Altior" dörd müstəqil elektrik mühərriki ilə təchiz edilib. Onların ümumi gücü hələ açıqlanmayıb. Model yerində 360 dərəcə dönmə funksiyasına, yol səthini əvvəlcədən skan edərək asqı sistemini tənzimləyən texnologiyaya və suya düşdükdə avtomobilin üzməsini təmin edən fövqəladə sistemə malikdir.
Elektromobilin CLTC standartına əsasən yürüş məsafəsi 1000 kilometri ötür. İkinci nəsil "Blade" batareyası ultrasürətli enerji doldurma texnologiyasını dəstəkləyir. Belə ki, batareyanı 10 faizdən 70 faizə qədər doldurmaq cəmi 5 dəqiqə, 97 faizə çatdırmaq isə təxminən 9 dəqiqə vaxt aparır.
Dörd nəfərlik salon əsasən arxa sırada əyləşən sərnişinlərin komfortu nəzərə alınaraq dizayn edilib. İnteryerin hazırlanmasında dəri, taxta, ipək, yun və nefrit kimi materiallardan istifadə olunub. Oturacaqlar masaj funksiyasına və çıxarıla bilən ayaq dayaqlarına malikdir. Xüsusi istirahət rejimi aktivləşdirildikdə oturacaqlar uzanmaq üçün uyğun vəziyyətə gətirilir, pərdələr bağlanır, işıqlandırma zəiflədilir və ayaq dayaqları qaldırılır.
Modelin təchizatına 39 dinamikdən ibarət audio sistem və tavana quraşdırılmış 21,4 düymlük ekran da daxildir. Sərnişinlərin istifadəsi üçün iki soyuducu quraşdırılıb. Arxa hissədə yerləşən 5,5 litrlik soyuducu həm qida və içkiləri soyuda, həm də qızdıra bilir. Avtomobilin baqaj bölməsinin tutumu isə 532 litrdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
“Mercedes” bu avtomobili 25 milyon avroya hərraca çıxaracaq
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
XƏBƏR LENTİ
-
Aysun İsmayılova: "Dodağımdan başqa heç bir yerdə gel yoxdur" (Video)
-
"Hitler"ə hökm oxundu
-
BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)
-
Məhkəmə sənədləri 75 il arxivdə saxlanılacaq – Yeni qərar
-
Selena hər gün bir "banka" turşu yeyir
-
"Spotify" bu ölkədə dekabrın 1-dən bağlanır
-
5-ci sinif şagirdi qəzada öldü
-
Kəmalə Günəşlinin daha bir arxiv videosu yayıldı
-
28 yaşlı gənc qəflətən qatarın qarşısına çıxdı, öldü Yenilənib - Foto
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
-
Xalq artisti: “Qaldım evin küncündə”
-
“Taliban” qadın adlarını da qadağan etdi: “Keçi”, “inək”...
-
Ülkər Yaşarqızının görüntüsü müzakirə yaratdı (Video)
-
Batumidə 2 “Beşiktaş”lı tələbəyə hücum edildi (Foto)
-
Bu 4 əlaməti görməzdən gəlməyin
-
Çinin böyük hərbi təlimi: Adalar belə ələ keçiriləcək
-
Əfqanıstanda məktəbdə partlayış: 6 ölü, 97 yaralı
-
"Mənim pul seyfimin kodunu evdəkilər belə bilmir"
-
Fotosessiya zamanı at gəlini qaçırdı - (Video)
-
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
Türk aktrisa: “Ərə getmək fikrində deyiləm, həyat partnyoru istəyirəm”
-
103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı vəfat etdi
-
Neymar öz ətirini hazırlayacaq - (Foto)
-
Bazar günü yağış yağacaq





