Rusiya

Rusiyada 6,2 ballıq zəlzələ oldu

28 Noyabr 2026 19:40
Baxış: 80
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Kamçatka yarımadasının şərq sahilində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri bölgənin inzibati mərkəzi Petropavlovsk-Kamçatski şəhərindən 72 kilometr aralıda yerləşib.

Qeyd edilib ki, ocağı xeyli dərinlikdə yerləşdiyi üçün zəlzələ qəfil zərbə deyil, uzunmüddətli titrəmə şəklində hiss olunub. Yerli mətbuatın yazdığına görə, sakinlər də yeraltı təkanların xeyli vaxt davam etdiyini bildiriblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.