Şou-biznes

Mahsun Kırmızıgül: “Elə övlada heç bir miras qoymaram”

28 Noyabr 2026 17:33
Baxış: 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgül miras bölgüsü ilə bağlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ailələrdə miras üstündə yaranan mübahisələrdən danışaraq ataların sağlığında əmlaklarını övladları arasında bərabər bölüşdürməsinin vacibliyini vurğulayıb.

"Ailənin lideri dünyasını dəyişəndə övladlar təəssüf ki, bir-birinə düşmən kəsilir. Əslində, atalar sağlığında bunu edə bilsə, heç bir problem yaranmaz. Övladların bir-birinə düşməməsi üçün mirasın əvvəlcədən bərabər bölünməsi lazımdır. Elə övladlar var ki, atalarının ölməsini, mirasa sahib çıxmağı gözləyirlər. Bu da böyük vəfasızlıqdır. Mən olsam, belə övlada heç nə qoymaram" deyə, Mahsun bildirib.

Sənətçinin bu sözlərindən sonra onun şəxsi sərvəti də maraq doğurub.

Mətbuatda yayılan məlumatlara görə, Kırmızıgülün rəsmi açıqlanmış əmlak siyahısı yoxdur. Onun gəlirlərinin əsas hissəsini daşınmaz əmlak, prodüserlik fəaliyyəti, müəllif hüquqlarından əldə etdiyi qazanc və konsertlər təşkil edir.

Qeyd edək ki, Mahsun Kırmızıgül 2022-ci ildə Ece Binayla boşanarkən sərvətinin yarısını keçmiş həyat yoldaşına verib. Həmin dövrdə ümumi dəyəri 60 milyon türk lirəsi olduğu bildirilən əmlakının 30 milyon lirəlik hissəsini, o cümlədən yaşadıqları villanı və lüks avtomobilini Ece Binaya buraxıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.