Türkiyə

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

28 Noyabr 2026 17:15
Baxış: 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Samsun şəhərindəki Çarşamba hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisədən sonra yanğınsöndürmə-xilasetmə (ARFF) və aidiyyəti qurumların əməkdaşları dərhal əraziyə cəlb olunaraq zəruri təhlükəsizlik tədbirləri görüblər.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, təlim uçuşu həyata keçirən tələbə pilotun səhhəti yaxşıdır və o, xəsarət almayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.