Bakıda 87 minə “Zapı” satılır - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda sovet dövrünün "əfsanəvi" avtomobillərindən sayılan və el arasında "Zapı" kimi tanınan 1968-ci il istehsalı "ZAZ 965" modeli fantastik qiymətə, 87 min manata satışa çıxarılıb.
Milli.Az Yeni Sabah-a istinadla xəbər verir ki, avtomobil elanları saytında yerləşdirilən məlumata əsasən, tünd qırmızı rəngli kupe ban növünə malik nəqliyyat vasitəsinin yürüşü cəmi 10 100 kilometr təşkil edir.
Texniki göstəricilərdə avtomobilin 0,9 litrlik 27 at gücündə benzin mühərriki, mexaniki sürətlər qutusu və arxa ötürücü ilə təchiz olunduğu, eləcə də vuruğunun olmadığı və rənglənmədiyi qeyd edilib.
Satıcının elan açıqlamasında qeyd etdiyi detallar avtomobilin yüksək qiymətinin səbəblərinə aydınlıq gətirir. Belə ki, avtomobilin üzərində təxminən 30 min manat dəyərində qiymətləndirilən dövlət qeydiyyat nişanının verildiyi bildirilir.
Bundan əlavə, nəqliyyat vasitəsinə ekspertiza rəyi ilə sənədləşdirilmiş 1 litrlik, 45 at gücündə mühərrik quraşdırılıb, körpü, sürətlər qutusu, ön və arxa asqı sistemləri, sükan mexanizmi və hidravlik əyləc sistemi "ZAZ-968M" ("40-lıq") detalları ilə tam yenilənib. Yeni akkumulyator və kamerasız təkərlərlə təchiz olunan avtomobilin yanında alıcıya çoxlu sayda ehtiyat hissələrinin də hədiyyə ediləcəyi vurğulanıb.
Satıcı "SSRİ-də belə "Zapı" yoxdur" ifadəsi ilə avtomobilin kolleksiya dəyərinə və nadir vəziyyətinə diqqət çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 87 minə “Zapı” satılır - (Foto)
-
BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
“Mercedes” bu avtomobili 25 milyon avroya hərraca çıxaracaq
XƏBƏR LENTİ
-
Bakıda 87 minə “Zapı” satılır - (Foto)
-
"Vəziyyət kritik həddə çatır, Zelenski devriləcək"
-
Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?
-
Qumralın səhnədəki rəqsi gündəm oldu – (Video)
-
"Real"ın futbolçularına və Mourinyoya bahalı BMW-lər verildi (Foto)
-
Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran tutuldu
-
Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi
-
Aysun İsmayılova: "Dodağımdan başqa heç bir yerdə gel yoxdur" (Video)
-
"Hitler"ə hökm oxundu
-
BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)
-
Məhkəmə sənədləri 75 il arxivdə saxlanılacaq – Yeni qərar
-
Selena hər gün bir "banka" turşu yeyir
-
"Spotify" bu ölkədə dekabrın 1-dən bağlanır
-
5-ci sinif şagirdi qəzada öldü
-
Kəmalə Günəşlinin daha bir arxiv videosu yayıldı
-
28 yaşlı gənc qəflətən qatarın qarşısına çıxdı, öldü Yenilənib - Foto
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
-
Xalq artisti: “Qaldım evin küncündə”
-
“Taliban” qadın adlarını da qadağan etdi: “Keçi”, “inək”...
-
Ülkər Yaşarqızının görüntüsü müzakirə yaratdı (Video)
-
Batumidə 2 “Beşiktaş”lı tələbəyə hücum edildi (Foto)
-
Bu 4 əlaməti görməzdən gəlməyin





