Bərdədə ölən 18 yaşlı qızın anası: "Bədənində izlər var idi, yazışmaları silinib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bərdədə dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilən 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva hadisə ilə bağlı bir sıra iddialar səsləndirib.
Milli.Az xəbər verir ki, "Qafqazinfo"ya danışan Ş. Quliyeva hadisə barədə gecə saat 03:00 radələrində xəbər tutduğunu bildirib.
Ona qızının və kürəkəni Kənan İmaməliyevin dəm qazından zəhərləndiyi deyilib.
Ananın sözlərinə görə, xəbər tutan kimi yola düşüb. Lakin qızının ona zəng etməməsi şübhələrini artırıb və başına pis hadisə gəldiyini düşünüb:
"Yolda qaynıma, baldızıma zəng edib dedim ki, Pərvanəgil qazdan zəhərlənib, mən də ora gedirəm. Sonra yolda mənə zəng edib dedilər ki, deyəsən, Pərvanə ölüb. Deyəsən, baldızım idi, tam yadımda deyil. Dedim ki, mən elə bilirdim, ürəyimə dammışdı ki, Pərvanə ölüb".
Ş. Quliyeva xəstəxanaya çatanda qızının nəşinin morqda olduğunu öyrənib. Günorta saatlarına qədər gözlədikdən sonra Pərvanənin nəşini görə bilib.
O, qızının bədənində bəzi izlər müşahidə etdiyini də bildirib:
"Bütün bədəninə baxdım. Sağ böyründə sivri bir iz, qan yığılması kimi bir şey var idi. Amma onun dəqiq nədən öldüyünü deyə bilmərəm. Bunu ekspertiza müəyyən edəcək".
Şəlalə Quliyeva, həmçinin qızının mobil telefonundakı "WhatsApp" yazışmalarının və zəng tarixçəsinin silindiyini iddia edərək bunun araşdırılmasını istəyib:
"Pərvanə ailə həyatında problemlər yaşayıb. Hadisədən əvvəl gecə saatlarında mənə zəng edərək pul istəyib. Daha sonra isə ərinin onu qayçı ilə hədələdiyini və öldürməklə qorxutduğunu deyib".
Ş. Quliyeva məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, qızının qayınanasından, qaynından və həyat yoldaşından şikayətçi olduğunu deyib.
Xatırladaq ki, Bərdənin Əliyanlı kəndində baş verən hadisə zamanı 2003-cü il təvəllüdlü Kənan İmaməliyevin və həyat yoldaşı Pərvanə Hüseynovanın dəm qazından zəhərləndiyi bildirilmişdi. Nəticədə P. Hüseynova həyatını itirib, K. İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bərdədə ölən 18 yaşlı qızın anası: "Bədənində izlər var idi, yazışmaları silinib"
-
5-ci sinif şagirdi qəzada öldü
-
28 yaşlı gənc qəflətən qatarın qarşısına çıxdı, öldü Yenilənib - Foto
-
18 yaşlı qadın öldü: Ərinin vəziyyəti ağırdır
-
Ağsuda 2 maşın toqquşdu: Ölən var
-
Lənkəranda ağır qəza: Ölü və yaralılar var (Foto)
XƏBƏR LENTİ
-
Bərdədə ölən 18 yaşlı qızın anası: "Bədənində izlər var idi, yazışmaları silinib"
-
Sneyder mükafatlarını satır
-
Moskva Paşinyana iki şərt irəli sürəcək
-
Türkiyə bu ölkədə PUA mərkəzi açacaq
-
Mahsun Kırmızıgül: “Elə övlada heç bir miras qoymaram”
-
Qvardiola “Barselona”ya qayıdır? - Özü açıqladı
-
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb
-
Nigar Camal: "Deyirlər ki, bilirik necə qazanır 400 minlik maşın alır" - (Foto)
-
Sakit Orduxanlı vəfat etdi (Foto)
-
Vilyam Hacıyevin azadlıqda ilk Fotosu
-
Lalə Azərtaş 25 kq çəki atdı
-
Bethovenin karlığının mümkün səbəbi - 220 il sonra üzə çıxdı
-
Bakıda 87 minə “Zapı” satılır - (Foto)
-
"Vəziyyət kritik həddə çatır, Zelenski devriləcək"
-
Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?
-
Qumralın səhnədəki rəqsi gündəm oldu – (Video)
-
"Real"ın futbolçularına və Mourinyoya bahalı BMW-lər verildi (Foto)
-
Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran tutuldu
-
Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi
-
Aysun İsmayılova: "Dodağımdan başqa heç bir yerdə gel yoxdur" (Video)
-
"Hitler"ə hökm oxundu
-
BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)





