Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2027-ci il yanvarın 1-dən etibarən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergi ödəyicilərinin ƏDV depozit hesabındakı vəsaitlərin dövlət sosial müdafiə fonduna köçürülməsinə imkan yaradılacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ƏDV ödəyiciləri, eləcə də ƏDV qeydiyyatında olmayan, səhmlərinin və ya paylarının 50 faizindən çoxu dövlətə məxsus hüquqi şəxslər və büdcə təşkilatları mal, xidmət və işlər alarkən onlara verilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğini ƏDV-nin depozit hesabına köçürməlidirlər.
Eyni qayda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərə də şamil olunur. Bu hallarda ƏDV məbləği depozit hesabına ödənilməlidir.
2027-ci il yanvarın 1-dən başlayaraq dörd il ərzində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergi ödəyiciləri ƏDV depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürə biləcəklər. Bunun üçün müvafiq səlahiyyətli qurumun müəyyən etdiyi qayda və şərtlərə əməl olunmalıdır.
ƏDV depozit hesabı ƏDV-nin daxil olması, uçotunun aparılması və hərəkəti, eləcə də vəsaitlərin dövlət büdcəsinə köçürülməsi ilə bağlı əməliyyatların həyata keçirildiyi vahid xəzinə hesabıdır. Yeni mexanizm çərçivəsində həmin hesabdan Dövlət Sosial Müdafiə Fonduna da vəsait köçürülməsi mümkün olacaq.
Depozit hesabında uçotun aparılması, ƏDV vəsaitlərinin hərəkəti, bu hesab üzrə əməliyyatlardan verginin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq səlahiyyətli qurum tərəfindən müəyyən edilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - Açıqlama
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
XƏBƏR LENTİ
-
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
-
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək
-
Bərdədə ölən 18 yaşlı qızın anası: "Bədənində izlər var idi, yazışmaları silinib"
-
Sneyder mükafatlarını satır
-
Moskva Paşinyana iki şərt irəli sürəcək
-
Türkiyə bu ölkədə PUA mərkəzi açacaq
-
Mahsun Kırmızıgül: “Elə övlada heç bir miras qoymaram”
-
Qvardiola “Barselona”ya qayıdır? - Özü açıqladı
-
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb
-
Nigar Camal: "Deyirlər ki, bilirik necə qazanır 400 minlik maşın alır" - (Foto)
-
Sakit Orduxanlı vəfat etdi (Foto)
-
Vilyam Hacıyevin azadlıqda ilk Fotosu
-
Lalə Azərtaş 25 kq çəki atdı
-
Bethovenin karlığının mümkün səbəbi - 220 il sonra üzə çıxdı
-
Bakıda 87 minə “Zapı” satılır - (Foto)
-
"Vəziyyət kritik həddə çatır, Zelenski devriləcək"
-
Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?
-
Qumralın səhnədəki rəqsi gündəm oldu – (Video)
-
"Real"ın futbolçularına və Mourinyoya bahalı BMW-lər verildi (Foto)
-
Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran tutuldu
-
Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi
-
Aysun İsmayılova: "Dodağımdan başqa heç bir yerdə gel yoxdur" (Video)





