İdman

“Əl-Nəsr”dən çempionatda tarixi rekord

28 Noyabr 2026 20:28
Baxış: 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında ardıcıl 100 oyunda qol vuran ilk komanda olub.

Milli.Az xəbər verir ki, buna komanda çempionatın 13-cü turunda "Əl-Həzm"ə qarşı keçirilən matçda (1:0) nail olub.

Görüşün 26-cı dəqiqəsində portuqaliyalı yarımmüdafiəçi Samu Koşta fərqlənərək komandasını önə keçirib. Bu qol "Əl-Nəsr"in ardıcıl 100-cü çempionat matçında rəqib qapısına yol tapması ilə əlamətdar olub.

"Opta"nın məlumatına görə, komandanın bu seriyası 2023-cü ilin dekabrında "Ər-Riyad"la görüşdən başlayıb.

Qeyd edək ki, "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo matçın sonunadək meydanda olub. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.