Dünya

Kiyevə dron hücumu - ölən və yaralananlar var

28 Noyabr 2026 21:50
Baxış: 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində bir qadın ölüb, aralarında azyaşlının da olduğu bir neçə nəfər xəsarət alıb.

Kiyevin Şevçenkovski rayonunda avtomobil yanıb, dronların qalıqları uşaq bağçasının ərazisinə düşüb. Uşaq bağçasının və yaxınlıqdakı beşmərtəbəli yaşayış binasının pəncərələrinin şüşələri sınıb.

Solomenski rayonunda isə inzibati binaya ziyan dəyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.