“Azinvest Telecom Technology” milyonluq məhkəmə çəkişməsini uduzdu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun illər Azərbaycanın telekommunikasiya sektorunda iri infrastruktur layihələri həyata keçirən "Azinvest Telecom Technology" ciddi maliyyə və hüquqi mübahisələrin mərkəzinə çevrilib.
Milli.Az Plat.az-a istinadən xəbər verir ki, "İnterkabel" işi ilə yanaşı, hazırda digər şirkətlərin də "Azinvest"ə qarşı məhkəmə prosesləri davam edir.
Şirkətə qarşı irəli sürülən maliyyə tələblərinin ümumi məbləğinin 3 milyon manatı ötdüyü bildirilir.
Bildirilib ki, şirkətin aktivlərinin, işçilərinin, layihələrinin və gəlir mənbələrinin əlaqəli olduğu iddia edilən digər hüquqi şəxslərə ötürülməsi ilə bağlı ciddi iddialar ortaya çıxıb.
Məlumata görə, şirkətlər arasında mübahisə 2022-ci ildə bağlanmış fiber-optik kabellərin alqı-satqısı müqaviləsi üzrə yaranıb. "İnterkabel" təhvil verilmiş malların dəyərinin bir hissəsinin ödənilmədiyini bildirib. "Azinvest" isə tələb olunan borca etiraz edərək əvvəlki ödənişlərin və cərimələrin nəzərə alınmasını istəyib.
Bakı Kommersiya Məhkəməsi ekspertiza tədqiqatından sonra iddianı qismən təmin edib. Apellyasiya və kassasiya şikayətləri nəticəni dəyişməyib. Ali Məhkəmənin qərarı ilə 955 126,45 manat əsas borc, 60 989,76 manat ƏDV və 30 906,89 manat faiz olmaqla, ümumilikdə 1 047 023,10 manatın "İnterkabel"in xeyrinə tutulması qüvvədə qalıb. Bundan əlavə, 1 313,51 manat dövlət rüsumunun tutulması qərara alınıb.
Bildirilib ki, məhkəmə mübahisəsi yekunlaşsa da, qərarın faktiki icrası yubanır. Digər şirkətlərin iddiaları üzrə isə məhkəmə prosesləri davam edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda stilist doğuşdan sonra vəfat etdi
-
Oqtay Məmmədov vəfat etdi
-
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
-
“Azinvest Telecom Technology” milyonluq məhkəmə çəkişməsini uduzdu
-
Azərbaycanlı musiqiçilər Pakistanda keçirilən III Dünya Mədəniyyət Festivalında uğurla iştirak ediblər - (Foto)
-
Nagihan Karadere yeni estetik əməliyyatla başqa biri oldu - (Foto)
-
"Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
-
Kürdəmirdə üç avtomobil toqquşub, xəsarət alan var
-
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
-
BLOK3 7,8 milyonluq avtomobil aldı
-
PSJ-də ciddi itki
-
Fədayə Rusiyadan köçür
-
Rusiyada 6,2 ballıq zəlzələ oldu
-
Jorje Jezuş Ronaldonun son matçında olmayacaq
-
78 yaşlı Fuat Güner sevgilisi ilə
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşüb
-
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək
-
Bərdədə ölən 18 yaşlı qızın anası: "Bədənində izlər var idi, yazışmaları silinib"
-
Sneyder mükafatlarını satır
-
Moskva Paşinyana iki şərt irəli sürəcək
-
Türkiyə bu ölkədə PUA mərkəzi açacaq
-
Mahsun Kırmızıgül: “Elə övlada heç bir miras qoymaram”
-
Qvardiola “Barselona”ya qayıdır? - Özü açıqladı
-
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb





