Sağlamlıq

Ömrü uzada, ölüm riskini azalda bilər

29 Noyabr 2026 02:02
Baxış: 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Soya paxlası sağlamlıq və uzunömürlülük baxımından ən faydalı qidalardan biri hesab olunur. Onun müntəzəm istehlakının ölüm riskinin azalması ilə əlaqəli olduğu bildirilir.

Milli.Az xəbər verir ki, bu barədə dietoloq Tereza Delorenso "Real Simple" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, soya həm həll olunan, həm də həll olunmayan liflərlə zəngindir. Bu maddələr ürək-damar xəstəlikləri və diabet riskinin azaldılmasına, həzm sisteminin fəaliyyətinin yaxşılaşmasına kömək edir.

Soya digər paxlalılarla müqayisədə daha çox izoflavon ehtiva edir. Bu birləşmələr sümük və ürək-damar sağlamlığının qorunması baxımından əhəmiyyətlidir.

Dietoloq təxminən 10 il davam edən araşdırmanın nəticələrinə də diqqət çəkib. Məlum olub ki, soya və izoflavonları daha çox qəbul edən insanlarda ölüm riski bu məhsulları az istehlak edənlərlə müqayisədə 24-28 faiz aşağı olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.