İdman

XIII turun növbəti görüşləri keçiriləcək

29 Noyabr 2026 09:28
Baxış: 138
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misli Premyer Liqasında XIII turun növbəti görüşləri bu gün keçiriləcək.

Milli.Az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Ev sahibləri 14 xalla yeddinci, qonaqlar 11 xalla doqquzuncu pillədə qərarlaşıb.

Günün ikinci duelində "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. "Kimyaçılar" isə 10 xalla onuncu yerdədir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.