Nəriman "Ərzurumspor"dan ayrılır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər mətbuatda Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin qış transfer pəncərəsində Türkiyənin "Ərzurumspor" klubundan ayrılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Milli.Az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında Superliqa təmsilçisinin prezidenti Ahmet Dal məlumat verib.
O bildirib ki, komanda daxilində həm hücumçuya, həm də onun bacarığına böyük inam var: "Son günlər mediada Nərimanın klubumuzdan ayrılacağı barədə xəbərlər dolaşır. Amma bunu qətiyyətlə təkzib edirəm. "Ərzurumspor" klubu olaraq Nərimanı çox sevirik və onun oyununu bəyənirik. Eyni şəkildə, o da klubumuzu çox sevir. Bu cür xəbərlərin haradan çıxdığını bilmirəm, adətən transfer dövrlərində belə şayiələr yayılır. Lakin birmənalı şəkildə bildirirəm ki, belə bir planımız yoxdur".
Klub rəhbəri futbolçunun komandaya tam adaptasiya ola bilməməsini onun düşərgəyə gec qoşulması və Ərzurumun coğrafi şəraiti ilə əlaqəli olduğunu vurğulayıb: "Nəriman mövsümün əvvəlində Millətlər Liqası ilə əlaqədar milli komandanın düşərgəsində idi və aramıza bir qədər gec qatıldı. Ərzurum Türkiyənin ən yüksək dağlıq bölgələrindən biridir. Buranın hündürlüyünə uyğunlaşmaq həm yeni transferlərimiz, həm də oyunçular üçün asan başa gəlmir. Şəhərin hava və iqlim şəraitinə uyğunlaşma dövrü bəzən vaxt aparır. Baş məşqçimiz Serkan Balta Nərimandan razıdır, onun həm məşqlərdəki çalışqanlığından, həm də meydandakı performansından məmnunuq. O, çox sevilən və örnək xarakterə malik futbolçudur".
Ahmet Dal Azərbaycanla münasibətlərə də toxunaraq qeyd edib ki, Nəriman Axundzadənin transferi iki ölkə arasındakı qardaşlıq əlaqələrinə xüsusi töhfə verir və klub bu əməkdaşlığı gələcəkdə də davam etdirməkdə maraqlıdır.
Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin "Kolambus Kryu" klubuna məxsusdur. "Ərzurumspor" avqust ayında 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəfiqə Nağıyeva kişilərə səsləndi - (Video)
-
İçərişəhərdə rəngarəng "Kəlağayı" yürüşü start götürüb - (Foto)
-
Türkiyə millisinə yeni baş məşqçisi namizədi
-
ABŞ bunun üçün səylər göstərir
-
Pünhan Piriyev: “Mənim bürcüm yoxdur” - (Video)
-
Emoməli Rahmon Bakıya gəlir
-
"Barselona"nın ulduzu: "Qulaqlarımız ağrıyır"
-
Paşinyan Naxçıvana gedən dəmir yolu ilə bağlı təklif verib
-
2012-ci ilin rekordu yada düşdü
-
İstanbuldan Azərbaycana dərman vasitələrinin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
-
Hadisə bacısından danışıb ağladı - (Video)
-
Nəriman "Ərzurumspor"dan ayrılır?
-
Bakıda maşın aşdı, ölənlər var
-
"Seda Sayana dedim ki, “Biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”"
-
"Survivor"yeni formatıı və rekord mükafatı açıqlandı
-
Koçaryanla bağlı qərar verildi
-
Hakan Fidan Bakıya gəlir
-
Pərviz Əhmədova ağır itki
-
Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı
-
Alpay vəfat etdi
-
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
-
19 yaşında atasını itirən Sonaxanım efirdə ağladı - (Video)
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb





