Şou-biznes

"Seda Sayana dedim ki, “Biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”"

14 Oktyabr 2026 14:37
Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla uzun illərdir davam edən incikliyindən danışıb.

Milli.Az xəbər verir ki, ifaçı bu barədə "Sevilən səhər" verilişində açıqlama verib. O, təxminən 16 il əvvəl Seda Sayanın proqramında qonaq olarkən aralarında xoşagəlməz hadisə yaşandığını bildirib.

Günelin sözlərinə görə, verilişdə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i ifa etmək istəyib. Bu zaman Azərbaycan və Türkiyə türkcəsindəki sözləri qarışdırıb və Seda Sayanın ona ünvanladığı sözlərdən narazı qalıb.

"Bunu heç kim bilmir. O vaxtdan bəri heç vaxt onun verilişinə çıxmamışam. Kinli deyiləm. Azərbaycan mahnısını, "Sarı gəlin"i ifa etmək istədim. Bu zaman dilim sürüşdü, Azərbaycan və Türkiyə türkcəsinin sözlərini qarışdırdım. Orada mənə bir kəlmə dedi. Mən isə mahnı getdiyi halda Seda Sayana tərəf dönüb dedim ki, "sən biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək". Təxminən 16 il öncə olub bu hadisə. Ondan sonra bir məclisdə qarşılaşdıq. Onu təqdim etməyimi istədilər, mən də "hər kəsin sevimlisi Seda Sayan" deyə təqdim etdim", - deyə Günel bildirib.

Qeyd edək ki, yayılan məlumata görə, həmin vaxt Seda Sayan Günelə "korlanmış türkcənlə danışma" deyib. Bu hadisədən sonra iki müğənninin münasibətlərində soyuqluq yaranıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.