12 il əvvəlki kredit borcu hələ də silinməyib - Vətəndaşdan əlavə pul tələb olunur - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətəndaşın 12 il əvvəl götürdüyü krediti tam ödəyib başa çatdırmasına baxmayaraq, ona hələ də borclu olduğu bildirilir.
Milli.Az xəbər verir ki, bu iddia ilə Yevlax rayonunun Ərəş kənd sakini Fəqan Abbasov "Xəzər TV-yə bildirib.
Fəqan Abbasov deyir ki, 2014-cü ildə bank olmayan kredit təşkilatından 1800 dollar götürüb.
12 ay ödəyib qurtarsa da, yenə ona borclu olduğu deyilir: "Mən 2014-cü ildə Maliyyə inkişafdan pul götürmüşəm. Kredit mənə dollarla verdilər. Borcu da o vaxtkı kursla 12 ay gecikmədən ödəmişəm -1800 dollar. Prezidentin fərmanında da dedilər ki, dolların kursu bağışlandı. Getdim, dedim ki, mən 2 ay artıq pul ödəmişəm. Dedilər ki, sənin adın getməyib Mərkəzi Banka. Üstündən keçdi... Mənim zaminim Qarabağ döyüşçüsüdür, onun kartından 2 ilə yaxındır pul çıxırlar. Mənə onlar pul verməlidir. Gedirəm, deyirlər, sizin adınız Mərkəzi Banka getməyib. Mən də Mərkəzi Banka məktub göndərmişdim. Dedilər ki, o həmin bankın problemidir".
Fəqan Abbasov dəfələrlə təşkilata müraciət etməsinə baxmayaraq, borcu silinməyib.
Məsələyə münasibət öyrənmək üçün vətəndaşın kredit aldığı, İnkişaf üçün maliyyə bank olmayan kredit təşkilatının Mingçevir filialına müraciət etdik. Oradan bildirildi ki, həmin şəxsin krediti tam ödənilməyib. Onun adı ödənilənlər siyahısında olmayıb. Ona görə də onun zaminindən pul tutulur.
Fəqan Abbasov həmçinin "Finka-Azərbaycan"dan da kredit götürüb:
"Onunla bərabər, mən 2015-də "Finka"dan da pul götürmüşdüm - 750 dollar bir, 750 manat bir. 750 dolları da, manatı ödəmişəm. "Finka"ya da artıq pul ödədim, amma zəng edərək məni narahat edirlər. Hər gün zəng vurur, narahat edirlər. Mən də şəkər xəstəsiyəm. Mənə deyirlər "Finka"ya 650 dollar borcunuz var. Onun da 450-sini sonrada cərimə kimi yazıblar. "Təmizlik kağızı" vermədilər. Zaminimin kartından 22 manat çıxırlar. Onu da mən ödəyirəm". "Finka"dan sorğumuza cavab olaraq bildirdilər ki, əgər vətəndaşın şikayəti varsa, təşkilatın qaynar xəttinə yazılı şəkildə və yaxud da Mərkəzi Banka aidiyyəti qurumlara müraciət edə bilər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
-
Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu
XƏBƏR LENTİ
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
FETÖ-nü darmadağın etdilər, nurçuluğu qorudular: Türkiyə iqtidarının ikili standartı
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Sergey Lavrov Bakıya gəlir
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
-
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu
-
12 il əvvəlki kredit borcu hələ də silinməyib - Vətəndaşdan əlavə pul tələb olunur - (Video)
-
Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı çağırış
-
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
-
Pensiya alanlara şad xəbər
-
Doğum tarixinizə görə hansı hadisələr sizi gözləyir?
-
Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
-
Azərbaycanın təcrübəsi tərəfdaş dövlətlər üçün çox faydalı ola bilər - Kamaləddin Qafarov
-
Kənd yumurtası alanlara pis xəbər
-
Baku International Arts Festival yenidən Bakıda keçiriləcək: teatr, musiqi, rəqs və müasir incəsənət bir arada - (Foto)
-
Eviniz bu ərazilərdən birindədirsə, "kupça" ala bilməzsiniz
-
Prezident İlham Əliyev: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir
-
Pepe yeni vəzifəyə seçildi
-
Kiyevə raket hücumu: Ölənlər və yaralananlar var - (Foto)
-
Bədbəxt hadisə keçirmiş polkovnik-leytenant vəfat etdi
-
Azərbaycanda ət niyə bahalaşır? - ARAŞDIRMA





