Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı çağırış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məktəblərdə vahid geyim forması ilə bağlı məsələyə yanaşarkən, ilk növbədə, məktəbin təhsil mühiti olduğunu nəzərə almaq lazımdır. Məktəbin əsas vəzifəsi uşaqların bilik almasını, sağlam inkişafını və təhlükəsiz şəraitdə birgə təhsilini təmin etməkdir. Buna görə də məktəbin fəaliyyəti şəxsi yanaşmalar əsasında deyil, qanunvericilik və müəyyən edilmiş ümumi qaydalar çərçivəsində təşkil olunmalıdır".
Bunu Milli.Az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.
Onun sözlərinə görə, məktəbin dünyəvi təhsil mühitinin qorunması və qanuni tələblərə əməl edilməsi vacibdir.
Psixoloq bildirib ki, Azərbaycanda təhsilin dünyəvi xarakteri qanunvericilikdə təsbit olunub. "Təhsil haqqında" Qanunda dünyəviliklə yanaşı, bərabərlik, humanistlik, insan hüquqlarına hörmət və tolerantlıq da əsas prinsiplər kimi göstərilir. Bu prinsiplər birlikdə nəzərə alınmalıdır. Məktəbdə ümumi qaydalar qorunmalı, həmin qaydalar tətbiq edilərkən hər bir uşağın ləyaqətinə və təhsil hüququna hörmət göstərilməlidir.
Elnur Rüstəmov qeyd edib ki, geyimlə bağlı tələblərin də konkret hüquqi əsası var. Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarının təsvirləri təsdiq edilib. Müəllimlər üçün isə 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarla ayrıca geyim tələbləri müəyyən olunub. "Ümumi təhsil haqqında" Qanunun 12.13-1-ci maddəsi dövlət məktəblərində həm təhsilalanların, həm də təhsilverənlərin geyim tələblərinə riayət etməsini nəzərdə tutur. Valideynlərin də övladlarının geyim forması tələblərinə əməl etməsini təmin etmək vəzifəsi qanunda göstərilib.
Onun sözlərinə görə, burada əsas yanaşma dini mənsubiyyətdən asılı olmayaraq, müvafiq qaydaların hamıya ardıcıl tətbiq edilməsidir. Azərbaycanda müsəlman, xristian, yəhudi və digər inanclara mənsub insanlar, həmçinin heç bir dini etiqadı olmayan vətəndaşlar yaşayırlar. Məktəbdə insanlara münasibətin meyarı onların dini mənsubiyyəti olmamalıdır. Şagirdlər özlərinə aid məktəbli forması tələblərinə, müəllimlər isə özlərinə aid peşə və geyim tələblərinə əməl etməlidirlər. Ortaq təhsil mühiti qarşılıqlı hörmət və hamı üçün aydın qaydalar əsasında qorunmalıdır.
Psixoloq vurğulayıb ki, məktəbdə geyim tələbinə əməl etmək insanın öz inancından imtina etməsi kimi izah olunmamalıdır. Məktəbin qaydaları konkret təhsil və fəaliyyət mühitini tənzimləyir. Onları şəxsin bütün həyatına, ailədəki inancına və qanun çərçivəsində şəxsi dini praktikasına şamil etmək düzgün yanaşma deyil. Müəllimlərə aid tələblər məktəbdə əmək fəaliyyəti ilə yanaşı, məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirləri də əhatə edir.
Elnur Rüstəmovun sözlərinə görə, psixoloji baxımdan aydın, əvvəlcədən izah olunan və ardıcıl tətbiq edilən qaydalar uşağın məktəbdə ondan nə gözlənildiyini anlamasına kömək edə bilər. Uşağa izah edilməlidir ki, məktəbdə müəyyən tələblərə əməl etmək birgə təhsilin və qarşılıqlı məsuliyyətin bir hissəsidir. Bu izah sakit və hörmətli şəkildə verildikdə uşağın qaydanı özünə və ailəsinə qarşı münasibət kimi qəbul etməsi ehtimalı azala bilər:
"Böyüklər məsələni qarşıdurma dili ilə təqdim etdikdə gərginlik arta bilər. Uşaq ailədə bir mövqe, məktəbdə isə başqa mövqe eşidirsə və ondan tərəf seçməsi tələb olunursa, özünü çətin vəziyyətdə hiss edə bilər. O, valideynini incitməkdən, müəllimi ilə münasibətinin pozulmasından və ya sinif yoldaşlarının reaksiyasından narahat ola bilər. Böyüklərin həll etməli olduğu mübahisənin yükünü uşağın üzərinə qoymaq olmaz".
Psixoloq qeyd edib ki, dini və ideoloji müzakirələrin uşaqlara təsiri də onların hansı məzmunda və necə aparılmasından asılıdır. Uşağa fərqli düşünən insanlara hörmət etməyi öyrətməklə "bizim kimi düşünməyənlər düşməndir" mesajını vermək tamamilə fərqli nəticələrə səbəb ola bilər.
Onun fikrincə, təzyiq, qorxutma və alçaltma ilə müşayiət olunan mühit uşağın emosional vəziyyətinə və münasibətlərinə mənfi təsir göstərə bilər. UNICEF də uşaqlara qarşı emosional zorakılığın formaları arasında təhdid, təhqir, alçaltma və qorxutmanı göstərir. Belə təsirlər bəzi uşaqlarda aqressiv reaksiyalarla, digərlərində isə qorxu, özünəqapanma və məktəbdən uzaqlaşma ilə müşayiət oluna bilər:
"Dini inancı və ya geyimi aqressivliyin göstəricisi kimi təqdim etmək əsaslı yanaşma deyil. Konkret uşağın davranışını anlamaq üçün onun ailə münasibətləri, məktəb təcrübəsi, yaşadığı təzyiq və aldığı dəstək birlikdə qiymətləndirilməlidir".
Psixoloq müəllimlərin bu məsələdə xüsusi məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müəllim həm qanuni qaydalara əməl etməklə, həm də fikir ayrılıqlarını sakit və hörmətli şəkildə həll etməklə şagirdlərə nümunə göstərməlidir. Valideynlər də narazılıqlarını məktəb rəhbərliyi və aidiyyəti qurumlarla qanuni müraciət və dialoq yolu ilə müzakirə etməlidirlər:
"Uşağı etirazın önünə çıxarmaq, ondan böyüklərin mövqeyini müdafiə etməsini gözləmək onun psixoloji yükünü artıra bilər. Qaydaların tətbiqi zamanı izah, valideynlə əməkdaşlıq və məktəb psixoloqunun dəstəyi mühüm əhəmiyyət daşıyır. Uşaq sinif qarşısında alçaldılmamalı, inancına görə damğalanmamalı və ictimai mübahisənin hədəfinə çevrilməməlidir. Əsas məqsəd qanuni tələblərə əməl olunmasını təmin etməklə yanaşı, uşağın təhsilini və məktəbə bağlılığını qorumaq olmalıdır".
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
-
Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu
XƏBƏR LENTİ
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
FETÖ-nü darmadağın etdilər, nurçuluğu qorudular: Türkiyə iqtidarının ikili standartı
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Sergey Lavrov Bakıya gəlir
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
-
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu
-
12 il əvvəlki kredit borcu hələ də silinməyib - Vətəndaşdan əlavə pul tələb olunur - (Video)
-
Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı çağırış
-
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
-
Pensiya alanlara şad xəbər
-
Doğum tarixinizə görə hansı hadisələr sizi gözləyir?
-
Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
-
Azərbaycanın təcrübəsi tərəfdaş dövlətlər üçün çox faydalı ola bilər - Kamaləddin Qafarov
-
Kənd yumurtası alanlara pis xəbər
-
Baku International Arts Festival yenidən Bakıda keçiriləcək: teatr, musiqi, rəqs və müasir incəsənət bir arada - (Foto)
-
Eviniz bu ərazilərdən birindədirsə, "kupça" ala bilməzsiniz
-
Prezident İlham Əliyev: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir
-
Pepe yeni vəzifəyə seçildi
-
Kiyevə raket hücumu: Ölənlər və yaralananlar var - (Foto)
-
Bədbəxt hadisə keçirmiş polkovnik-leytenant vəfat etdi
-
Azərbaycanda ət niyə bahalaşır? - ARAŞDIRMA





