“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərqli davranmamağı aşılamışam. Əminəm ki, çox valideyn də övladlarını bu yöndə yetişdirməyə çalışır".
Milli.Az xəbər verir ki, bu fikirləri Xalq artisti Röya Ayxan instaqram hesabında paylaşıb.
O, bildirib ki, vahid geyim forması ilə bağlı qaydaların şagirdlərə izah edilməsi və maarifləndirmə işlərinin aparılması təhsil prosesinin təşkilinin tərkib hissəsidir: "Nəticədə biz bu Vətənin övladıyıq. Gələcəyə bir ana, bir əsgər yetişdiririk. Həyatımızdakı bütün çətinliklərə baxmayaraq, onların gələcəyini parlaq, işıqlı görmək istəyirik. İllərlə basqı altında böyüyən neçə-neçə valideynlər var ki, bu gün travma saydıqları keçmişdən qurtulmaq istəyirlər. Ancaq biz bunları yaşayıb nəticə çıxarmışıqsa, onları zorla istəmədikləri bir işə alət etməyimiz düzgün deyil. Qoy övladlarımız rahat böyüsün, gələcəyini seçmə şansı olsun. Bundan gözəl nə var? Təbii ki, valideyn kimi hər zaman onları yanlış yoldan döndərməli, təhsilə, elmə, biliyə yönləndirməliyik. Qoy bütün balalarımız savadlı olsun, istədiyi peşəyə yönəlsin, Vətəninə, dövlətinə yararlı insan olsun.
Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz. Necə ki, zamanında sərhədlərin bağlı qalmasına etiraz edirdiniz, halbuki o bağlı sərhədlər qonşuluğumuzdakı müharibələrin bizə sıçramasının qarşısını aldı.
Əziz həmkarlarım, bu məsələdə heç birimiz susmamalı, azərbaycanlı mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan dövlətini və onun qanunlarını dəstəkləməliyik. Heç bir linç kampaniyasına, kənar müdaxilələrə baxmamalıyıq, bilməliyik ki, dövlətimizin mövqeyini müdafiə edirik və onun yanındayıq! Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq, əzizlərim!"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İki çempion “Survivor 2027”də - (Foto)
-
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan
-
"Qızlar pullu oğlana ərə getmək istəyir, oğlanlar da varlı qız almaq"
-
Nəfəs tənqid olunan videosundan danışdı: “Bilirdim ki, paylaşacaqsınız”
-
Əmrahın oğlu Bakı metrosundan paylaşım etdi - (Video)
-
Zeynəb Həsəni: “Sizi Allaha həvalə edirəm, o çörəyi necə yeyirsiniz?” - (Video)
XƏBƏR LENTİ
-
İki çempion “Survivor 2027”də - (Foto)
-
Tərlan Quliyev vəfat etdi
-
Azərbaycanda əhalinin borc yükü artıb
-
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan
-
Faciəli şəkildə ölən 14 yaşlı qızın (Fotosu)
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Azərbaycan Türkiyənin kiçik qardaşı deyil: bir millət, iki dövlət və imperiya iddialarının sərhədləri
-
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur" - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib
-
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
-
Qara dənizdə iki gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi - XİN
-
"Qızlar pullu oğlana ərə getmək istəyir, oğlanlar da varlı qız almaq"
-
“Bunun İslamla əlaqəsi yoxdur”
-
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
-
Rusiyada qaz kəmərində güclü partlayış - Yanğın başladı
-
Nəfəs tənqid olunan videosundan danışdı: “Bilirdim ki, paylaşacaqsınız”
-
"Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar"
-
Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiya dərinləşir - Sevil Mikayılova
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb





