Mərkəzi Banka yeni səlahiyyət verilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 48-1-ci maddənin (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) yeni redaksiyada verilməsi təklif olunur.
Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.
Layihəyə əsasən Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcəkr. Maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməməsi riskləri dövri olaraq qiymətləndiriləcək. Maliyyə institutu yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, fəaliyyət növlərində, müştəri qrupunda və ya coğrafi fəaliyyət dairəsində dəyişiklik baş verdikdə risk profili yenidən qiymətləndiriləcək. Əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləği 40 faiz və ya daha çox artdıqda da təkrar qiymətləndirmə aparılacaq. Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutunun və ya maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını, nəzarət mexanizmlərini və prosedurlarını nəzərə almaqla müəyyən edəcək. Bu zaman ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri də nəzərə alınacaq. Nəzarətin dövriliyi və intensivliyi müəyyən edilərkən maliyyə institutlarının və maliyyə qruplarının xüsusiyyətləri, maliyyə institutlarının müxtəlifliyi və sayı, habelə risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi də qiymətləndiriləcək. Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar Mərkəzi Bankın sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir. Nəticədə, Mərkəzi Bankın maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət və məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyən ediləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İki çempion “Survivor 2027”də - (Foto)
-
Tərlan Quliyev vəfat etdi
-
Azərbaycanda əhalinin borc yükü artıb
-
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan
-
Faciəli şəkildə ölən 14 yaşlı qızın (Fotosu)
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Azərbaycan Türkiyənin kiçik qardaşı deyil: bir millət, iki dövlət və imperiya iddialarının sərhədləri
-
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur" - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib
-
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
-
Qara dənizdə iki gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi - XİN
-
"Qızlar pullu oğlana ərə getmək istəyir, oğlanlar da varlı qız almaq"
-
“Bunun İslamla əlaqəsi yoxdur”
-
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
-
Rusiyada qaz kəmərində güclü partlayış - Yanğın başladı
-
Nəfəs tənqid olunan videosundan danışdı: “Bilirdim ki, paylaşacaqsınız”
-
"Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar"
-
Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiya dərinləşir - Sevil Mikayılova
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb





