Azərbaycan nefti büdcə qiymətini iki dəfə üstələdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,81 ABŞ dolları və ya 0,62 faiz artaraq bir barel üçün 131,62 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,64 ABŞ dolları və ya 0,53 faiz artaraq 120,70 ABŞ dolları təşkil edib.
"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,74 ABŞ dolları və ya 0,84 faiz artaraq bir barel üçün 89,26 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,66 ABŞ dolları və ya 1,25 faiz artaraq bir barel üçün 134,25 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, çərşənbə axşamı xam neftin bir barelinin qiyməti 93 dollardan aşağı düşüb. Bildirilib ki, bununla da neft qiymətlərinin ardıcıl üç sessiya davam edən artımı başa çatıb.
"İnvestorlar Rusiyanın dizel yanacağı ixracının təsirini və artan geosiyasi gərginliyi qiymətləndirirlər.
Rusiya ABŞ ilə əldə olunan razılaşmadan sonra oktyabrın 10-da dizel yanacağının ixracına qoyulan məhdudiyyətləri qismən aradan qaldırıb. Bu addım qlobal yanacaq bazarlarında təchizat məhdudiyyətlərinin yumşalmasına kömək edib.
Bununla belə, ABŞ qanunvericiləri bildiriblər ki, Prezident Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə əldə etdiyi razılaşma Moskva Ukraynaya qarşı təcavüzünü dayandırana qədər Rusiyadan enerji resurslarının idxalını qadağan edən ABŞ qanunvericiliyini pozmuş kimi görünür.
Ukrayna Prezidenti Volodimir Zelenski də Moskvanın Ukraynanın enerji infrastrukturunu hədəf almaqda davam etməsi fonunda Rusiyaya zərbələrin davam etdiriləcəyini bəyan edib. Bu hücumlar Trampın daha əvvəl elan etdiyi "enerji atəşkəsi"nin pozulması kimi qiymətləndirilir.
Eyni zamanda, Səudiyyə Ərəbistanının paytaxtındakı əsas hava limanına raket və dron hücumlarından sonra Tramp administrasiyasına Yəməndə İranın dəstəklədiyi husilərə qarşı mübarizəsində Ər-Riyada dəstək verməsi üçün təzyiqlər artır", - məlumatda qeyd edilib.
Həmçinin, dünya bazarlarında neft yenidən bahalaşıb.
Hazırda "Brent" markalı neftin bir barreli 105,53 dollara, yüngül neftin bir barreli isə 92,70 dollara təklif edilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - Açıqlama
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
XƏBƏR LENTİ
-
Qurban Qurbanovdan Elvin haqda açıqlama
-
Ermənilər helikopterlərimizi belə partlatmaq istəyiblər - (Video)
-
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
-
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
“Qarabağ”da 3 gözlənilməz ayrılıq
-
Duranın İngiltərəyə transferinə maneə - Azərbaycan çempionatı
-
Sıla 7 illik sevgilisindən ayrıldı
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
“Qarabağ” 2 uğursuz seriyaya 4 qolla son qoydu
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
-
Yağış, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - (Video)
-
5 il əvvəl tikilən piyada keçidi sıradan çıxdı: Altından dikt çıxdı – Rəsmi reaksiya - (Video/Foto)
-
Azərbaycan futbolunda nadir rast gəlinən hesab: Bir oyunda 18 qol vuruldu
-
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib - (Foto)
-
Küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Çin orbitə daha 4 peyk buraxdı
-
Ukrayna Rusiyada sərnişin qatarını vurdu
-
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
-
Meteohəssas insanların nəzərinə
-
Muslera karyerasını başa vurdu
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Azərbaycanlı şoumenin milyonluq borcu üzə çıxdı





