İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir diplom, bir iş yeri və bir ömür imtahan...
Bu günlərdə Avropaya ardınca isə keçmiş Sovet ölkəsi olan Moldovaya səfər etdim. Səfər zamanı ölkənin imtahan sistemi ilə bağlı təsadüfi müzakirədə iştirak etdim və gördüklərim, eşitdiklərimdən sonra düşündüm ki, bizdə də ali məktəblərə qəbul imtahanları sadələşdirilməlidir. Test imtahanında maksimum 2 və ya 3 fətnndən imtahan verilməlidir.
Hedirəm ki, ölkəmizdə ali təhsil müəssisələrinə, magistraturaya və dövlət qulluğuna qəbul imtahanlarının məzmununa və keçirilmə mexanizmlərinə yenidən baxılmasına ciddi ehtiyac var.
Bu gün valideynlər övladlarının ali məktəbə qəbul olunması üçün repetitorlara minlərlə manat pul xərcləməli olurlar. Ailələr maddi imkanlarından asılı olmayaraq, övladlarının gələcəyi naminə böyük maliyyə yükü altına girirlər.
Uşaqlar səhər məktəbə, günortadan sonra bir hazırlığa, oradan isə digər hazırlığa gedirlər. Bütün günlərini dərslərə və imtahanlara hazırlaşmaqla keçirirlər. Nəticədə uşaqlar davamlı stress yaşayır, normal istirahət etməyə, idmanla məşğul olmağa, dostları ilə vaxt keçirməyə, hətta uşaqlıqlarını yaşamağa belə imkan tapmırlar.
Avropa və Amerikanın bir sıra nüfuzlu universitetlərinə qəbul prosesində dil və riyazi bacarıqların qiymətləndirilməsi, məktəb göstəriciləri və namizədin fərdi potensialı əsas götürülür. Bizdə isə az qala imtahan verilməyən fənn qalmayıb. Bu qədər fəndən, bu qədər mürəkkəb suallarla imtahan keçirilməsinə həqiqətən ehtiyac varmı?
Əgər şagird ali məktəbə qəbul olmaq üçün illərlə bir neçə repetitor yanına getməyə məcburdursa, o zaman orta məktəbin tədris və qəbul sistemi haqqında da ciddi düşünməliyik.
Magistraturaya qəbul imtahanlarında seçilən ixtisasa aidiyyəti olmayan suallar imtahan proqramından çıxarılmalıdır.
Namizədin öz ixtisası üzrə bilikləri, elmi potensialı, analitik düşüncəsi və tədqiqat aparmaq bacarığı əsas qiymətləndirmə meyarı olmalıdır. Gələcək elmi və peşəkar fəaliyyətinə aidiyyəti olmayan suallarla namizədin qarşısında əlavə maneələr yaratmağın nə mənası var?
Dövlət qulluğuna qəbul imtahanlarında qanunvericilik və müvafiq vəzifənin icrası üçün zəruri olan biliklər əsas götürülməlidir.
Gələcək dövlət qulluqçusunun xidməti fəaliyyətinə aidiyyəti olmayan fənlərin və mürəkkəb məntiq suallarının imtahan proqramına daxil edilməsinə nə dərəcədə ehtiyac var? Dövlət qulluqçusunun qanunvericiliyi bilməsi, peşəkar olması, vətəndaşlarla düzgün davranması və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi daha vacib deyilmi?
İmtahanların çətinləşdirilməsi heç də təhsilin və ya dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi demək deyil. İnsanların yaddaşını lazımsız məlumatlarla yükləmək onların intellektual və peşəkar səviyyəsinin göstəricisi sayıla bilməz.
İmtahanların sadələşdirilməsi bilik səviyyəsinə qoyulan tələblərin aşağı salınması deyil, qiymətləndirmənin daha rasional, ədalətli və məqsədyönlü təşkili deməkdir.
Təhsil sistemi valideynlər üçün maddi yükə, uşaqlar üçün stress mənbəyinə, gənclər üçün isə bitib-tükənməyən imtahanlar marafon çevrilməməlidir.
Biz əzbərçi deyil, düşünən, yaradan, təşəbbüskar, sağlam və dünyagörüşlü nəsil yetişdirməliyik.
Düşünürəm ki, aidiyyəti dövlət qurumları bu məsələləri ciddi şəkildə nəzərdən keçirməli, beynəlxalq təcrübəni öyrənməli və qəbul imtahanlarının optimallaşdırılması istiqamətində real addımlar atmalıdırlar.
İnsanların həyatını çətinləşdirmək deyil, onların inkişafına şərait yaratmaq əsas məqsəd olmalıdır!
DİGƏR XƏBƏRLƏR
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Ayın 30-da intensiv qar yağacaq - Proqnoz
-
Azərbaycanda məşhur bank köçürmələr üzrə komissiyanı 2 dəfə artırır
-
Valideynlər universiteti bitirənədək övladına aliment ödəyəcək?
-
Hava ilə bağlı son məlumat
-
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
XƏBƏR LENTİ
-
Muslera karyerasını başa vurdu
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Azərbaycanlı şoumenin milyonluq borcu üzə çıxdı
-
Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”
-
Türkiyədə Atatürkün büstünü oğurladılar
-
Hörmüz boğazında tanker minaya düşdü
-
Bakıda gənc oğlan küçədə bıçaqlandı
-
Ayın 30-da intensiv qar yağacaq - Proqnoz
-
Ağcabədidə məktəb binasında yanğın baş verib
-
Həbs qoyulmuş 3 milyon manat və 6 nəfərin adı: Azinvest-də nə baş verir?
-
"Mançester Yunayted"dən antirekord
-
Azərbaycanda məşhur bank köçürmələr üzrə komissiyanı 2 dəfə artırır
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Valideynlər universiteti bitirənədək övladına aliment ödəyəcək?
-
Hava ilə bağlı son məlumat
-
Rubiyandan Azərbaycanla bağlı açıqlama
-
Spirtli içkidən 32 nəfər öldü - İranda
-
Mayk Lav 85 yaşında vəfat etdi
-
Madriddə 350 illik Osmanlı sənədi tapıldı: Tarixi dəyişə biləcək məktub
-
Başak Gümülcinelioğlu yeni layihədə yer alacaq
-
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
-
XIII turun növbəti görüşləri keçiriləcək
-
Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edildi
-
Keyptaun kanalizasiya suyundan içməli su istehsal edəcək





