Dünya

Hörmüz boğazında tanker minaya düşdü

29 Noyabr 2026 14:07
Baxış: 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hörmüz boğazında tanker minaya düşüb. 

İRNA xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilib ki, üç tanker identifikasiya və naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərq hissəsindəki qadağan olunmuş zonaya daxil olub. Tankerlərdən biri dəniz minasının partlaması nəticəsində yanmağa başlayıb və hərəkət qabiliyyətini itirib. Digər iki tanker isə hadisədən sonra istiqamətlərini dəyişərək Fars körfəzinə doğru hərəkət edib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.