Rusiya

Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub

29 Noyabr 2026 20:33
Baxış: 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Moskvanın mərkəzində, Xamovniki rayonundakı 7-ci Rostov döngəsində yerləşən Türkiyə səfirliyinin binasında yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya mətbuatında yayılan məlumata görə, yanğın diplomatik nümayəndəliyin ikinci mərtəbəsində, əməkdaşların yaşadığı mənzillərdən birində başlayıb. Otaqlardan birində mebel yanıb.

Yanğın operativ şəkildə söndürülüb, binadan 20 nəfər təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.