Ölkə

5 il əvvəl tikilən piyada keçidi sıradan çıxdı: Altından dikt çıxdı – Rəsmi reaksiya - (Video/Foto)

29 Noyabr 2026 18:26
Baxış: 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb:

"Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dərhal aidiyyəti üzrə xüsusi tapşırıq verilib.

Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrliyində yerləşən sözügedən piyada keçidi 2021-ci ildə istifadəyə verilib.

İlk növbədə, piyadaların təhlükəsizliyinin təmin edilməsi, mövcud nasazlığın operativ şəkildə aradan qaldırılması və problemin yaranma səbəblərinin hərtərəfli araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Məsələ Agentlik tərəfindən nəzarətə götürülüb və araşdırmanın nəticələrinə uyğun olaraq zəruri tədbirlər görüləcək".

--------
Paytaxtın Qala qəsəbəsində "Stansiya Qala" adlanan ərazidə yerüstü keçidin təhlükəli vəziyyətdə olduğu bildirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılır.

Belə ki, görüntülərdə keçidin bir hissəsinin kafelinin qopması və həmin hissənin altının dikdən olduğu görünür.

Həmin görüntüləri təqdim edirik:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.