Duranın İngiltərəyə transferinə maneə - Azərbaycan çempionatı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şotlandiyanın "Seltik" klubunun futbolçusu Kamilo Duranın İngiltərə Premyer Liqasına mümkün transferində problem yaranıb.
Milli.Az xəbər verir ki, bu barədə Şotlandiyanın "Daily Record" nəşri məlumat yayıb.
İngiltərənin "Lids" klubunun maraq dairəsində olan kolumbiyalı hücumçu hazırda Premyer Liqada çıxış etmək üçün tələb olunan iş icazəsi meyarlarına cavab vermir.
Kolumbiya millisinə yeni cəlb olunan Duran İngiltərədə legionerlərin transferi üçün tətbiq edilən sərt qaydalara əsasən kifayət qədər xal toplaya bilməyib.
Premyer Liqa klubları futbolçuya iş icazəsi verilməməsi ilə bağlı qərardan apellyasiya şikayəti verə bilərlər. Lakin futbolçunun topladığı xallar tələb olunan göstəriciyə yaxın deyilsə, belə qərarlar nadir hallarda dəyişdirilir.
Bundan başqa, Duranı transfer etmək istəyən klub "Seltik"i danışıqlara razı salmaq üçün böyük məbləğdə təklif irəli sürməlidir. Şotlandiya təmsilçisi 24 yaşlı hücumçunu yayda "Qarabağ"dan 6 milyon funt-sterlinqə transfer edib və onunla uzunmüddətli müqavilə imzalayıb.
Nəşr Azərbaycan çempionatının səviyyəsinin nisbətən aşağı olmasının da Duranın iş icazəsi üçün tələb olunan xalları toplamasına mənfi təsir göstərdiyini yazıb.
Lakin kollumbiyalı futbolçunun avrokuboklarda uğurlu çıxışını davam etdirməsi, "Seltik"lə ölkədaxili yarışlarda uğur qazanması və milli komandada müntəzəm oynaması onun İngiltərəyə transfer imkanlarını artıra bilər.
Kolumbiya millisinə yalnız yoldaşlıq oyunları üçün dəvət alan Duran bu mövsüm "Seltik"in ən yaxşı futbolçularından biridir.
İngiltərə mənbələrindən araşdırmasına əsasən, İngiltərədə xarici futbolçuların transferi üçün GBE (Governing Body Endorsement) adlı xüsusi xal sistemi tətbiq olunur. Bu sistemi İngiltərə Futbol Assosiasiyası (FA) müəyyənləşdirir.
Futbolçunun standart qaydada iş icazəsi üçün minimum 15 xal toplaması tələb olunur. Burada altı əsas meyar mövcuddur. Bunlar mili komandada iştirak, ölkə çempionatında oynadığı dəqiqələr, avrokuboklarda oynadığı dəqiqələr, klubunun ölkə çempionatındakı nəticəsi, klubunun avrokuboklardakı nəticəsi və çıxış etdiyi çempionatın səviyyəsidir.
Azərbaycan çempionatında mümkün oyun dəqiqələrinin 90-100 faizində iştirak edən futbolçu buna görə cəmi 2 xal, Şotlandiya çempionatında isə eyni göstəriciyə malik futbolçu 8 xal qazanır.
Maraqlıdır ki, noyabrın 28-də Şotlandiyanın "The Scottish Sun" nəşri "Daily Record"un xəbərinin əksini iddia edən material yayıb.
Nəşr yazır ki, Duranın İngiltərə Premyer Liqasına transferi üçün kifayət qədər xalı var. Buna əsas kimi aşağıdakı göstəricilər qeyd olunur: "Seltik"də müntəzəm çıxış etməsi, Avropa Liqasındakı iştirakı, "Qarabağ"ın heyətində Çempionlar Liqasında mümkün oyun dəqiqələrinin 84 faizində iştirak etməsi, "Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi.
Nəşrin iddiasına görə, Duran 15 xallıq həddi artıq keçib. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Qarabağ”da 3 gözlənilməz ayrılıq
-
Duranın İngiltərəyə transferinə maneə - Azərbaycan çempionatı
-
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - (Foto)
-
Sıla 7 illik sevgilisindən ayrıldı
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
“Qarabağ” 2 uğursuz seriyaya 4 qolla son qoydu
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
-
Yağış, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - (Video)
-
5 il əvvəl tikilən piyada keçidi sıradan çıxdı: Altından dikt çıxdı – Rəsmi reaksiya - (Video/Foto)
-
Azərbaycan futbolunda nadir rast gəlinən hesab: Bir oyunda 18 qol vuruldu
-
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib - (Foto)
-
Küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Çin orbitə daha 4 peyk buraxdı
-
Ukrayna Rusiyada sərnişin qatarını vurdu
-
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
-
Meteohəssas insanların nəzərinə
-
Muslera karyerasını başa vurdu
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Azərbaycanlı şoumenin milyonluq borcu üzə çıxdı
-
Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”
-
Türkiyədə Atatürkün büstünü oğurladılar
-
Hörmüz boğazında tanker minaya düşdü





