Qurban Qurbanovun Elvin haqda açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ" Misli Premyer Liqasının XIII turunun oyununda "Azersun Arena"da "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnaliatlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm, göstərdikləri oyuna görə onlara təşəkkürümü bildirirəm. Qarşımızda çox yaxşı komanda var idi. Azarkeşlər üçün maraqlı oyun alındı. Hər iki komandaya uğurlar arzulayıram.
- İki uğursuz seriyaya son qoydunuz - 5 oyundan sonra qələbə qazandız, 4 oyundan sonra qol vurdunuz. Bu seriyanın bitməsi komandanı növbəti matçlara daha yaxşı motivasiya edəcək?
- Çempionatın gedişatında belə halla olur. Buna baxmayaraq, biz öz işimizdən, inamımızdan əl çəkmirdik, həvəslə işləyirdik. Futbolçulara irad bildirmək üçün səbəb görmürəm. Çox çalışqandırlar, məşqlərə intizamlı yanaşırlar. Uğursuz seriyalar olur. Bu qələbə o demək deyil ki, biz həmin seriyanı geridə qoyduq və bir daha olmayacaq. Çünki bütün komandalar istənilən rəqibə qarşı çox ciddi hazırlaşırlar. Bilmirik ki, sabah bizi hansı çətinliklər gözləyəcək, rəqib bizə qarşı hansı oyun planını quracaq. Rəqiblər bizə qarşı sistemi dəyişirlər, fərqli üslubda oynayırlar. Oyunun gedişatında hansısa dəyişikliklər etmək maraqlı olur. Ümumən seriyaların bitməsi, 4 qol vurmaq sevindirici haldır. Amma 2 qol buraxmaq bir az ağır gəlir. Bu cür bolqollu oyunlar futbola sevgini çoxaldır.
- Musa Qurbanlı meydanda daxil olandan qısa müddət sonra qol vurdu. Onun növbəti matçlarda start heyətində yer almaq ehtimalı var?
- Tək Musanın yox, istənilən oyunçunun start heyətində yer almaq ehtimalı çoxdur. Qarşıda sıx qrafik gəlir. Həm kubok, həm də çempionatın təxirəsalınmış oyunu var. Rotasiyalar lazım olacaq. Musanın qol duyumunun olması yaxşıdır. Amma qol vurmaq hansısa oyunçu o demək deyil ki, start heyətində yer alacaq. Heyəti rəqiblərin üslubuna, oyunun gedişatına görə qurmağa çalışacağıq. Həm Musanın, həm də digərlərinin əsas heyətdə oynamaq şansları çoxdur.
- Elvin Cəfərquliyev yaşıl meydanlara nə vaxt qayıda biləcək?
- Tam olaraq yəqin ki, yanvarda. Ümumi bərpası pis getmir. Bəlkə də dekabrın sonlarında hansısa oyunda şans verə bilərik. Zədəsi bir az təhlükəli idi, əməliyyat olunmuşdu. Bir az ehtiyatlanırıq. Ancaq ümumilikdə, gedişat pis deyil. Özünü yaxşı hiss etsə, dekabrın sonrlarında oynaya bilər.
- "Sumqayıt"la kubokda da üz-üzə gələcəksiniz...
- İkimiz üçün də şərtlər eynidir. Bəzən qısa müddətdə qarşılaşanda narahatlıq yaşana bilər. Kubok fərqli prestijdir. Bəlkə də, ən gözlənilməz nəticələr orada olur. Ciddi olmalı və yaxşı hazırlaşmalıyıq.
- "Neftçi", "Sabah" və "Turan Tovuz"un sizdən öndə olması narahatlıq yaratmır?
- Əlbəttə, mövqeyimizdən narahatıq. Daha yaxşı yerlərdə ola bilərik. Komandalar avrokuboklara vəsiqə uğrunda ciddi mübarizə aparır. Hər görüşə məsuliyyətlə hazırlaşacağıq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qurban Qurbanovun Elvin haqda açıqlama
-
Ermənilər helikopterlərimizi belə partlatmaq istəyiblər - (Video)
-
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
-
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
“Qarabağ”da 3 gözlənilməz ayrılıq
-
Duranın İngiltərəyə transferinə maneə - Azərbaycan çempionatı
-
Sıla 7 illik sevgilisindən ayrıldı
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
“Qarabağ” 2 uğursuz seriyaya 4 qolla son qoydu
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
-
Yağış, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - (Video)
-
5 il əvvəl tikilən piyada keçidi sıradan çıxdı: Altından dikt çıxdı – Rəsmi reaksiya - (Video/Foto)
-
Azərbaycan futbolunda nadir rast gəlinən hesab: Bir oyunda 18 qol vuruldu
-
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib - (Foto)
-
Küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Çin orbitə daha 4 peyk buraxdı
-
Ukrayna Rusiyada sərnişin qatarını vurdu
-
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
-
Meteohəssas insanların nəzərinə
-
Muslera karyerasını başa vurdu
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Azərbaycanlı şoumenin milyonluq borcu üzə çıxdı





