Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada qarşıdurmaların və ideoloji təhdidlərin artdığı bir vaxtda zərərli xarici təsirlərə qarşı sayıqlığın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müstəqil xarici siyasəti, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regionda yaratdığı yeni reallıqlar müəyyən xarici dairələri narahat edir.
Bu fikirləri Trend BİA-nın direktor müavini, əməkdar jurnalist Sahil Kərimli "Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək" layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində tələbələrlə görüş zamanı bildirib.
S.Kərimli əlavə edib ki, onlayn mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı saxta, qərəzli məlumatların yayıldığını görürük. Bu məlumatların məqsədi milli həmrəyliyi pozmaq, vətəndaş həmrəyliyinə xələl gətirmək və cəmiyyətimizin uzun illərdir qoruyub saxladığı birliyi zəiflətməkdir. Hər bir vətəndaşın borcu belə xəbərlərə və ideoloji təhdidlərə qarşı ayıq-sayıq olmaqdır.
S.Kərimli qeyd edib ki, layihə çərçivəsində tələbələrlə görüşlərin keçirilməsi gənclərin cəmiyyətin gələcəyində mühüm rol oynaması ilə bağlıdır.
"Azərbaycan gəncləri milli, vətənpərvərlik və dövlətçilik ruhunda böyüyürlər. Lakin bu, arxayınlaşmağa əsas vermir. Zərərli xarici təsirlərə qarşı daim qabaqlayıcı tədbirlər görülməli, gənclərin məlumatlılığı artırılmalıdır", - deyə o vurğulayıb.
Sahil Kərimli vahid məktəbli forması ətrafında aparılan müzakirələrə də toxunub. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir, ölkədə dini etiqad azadlığı təmin olunur, dini abidələrə və ibadət yerlərinə diqqət göstərilir. Onun fikrincə, məktəbli forması məsələsinin siyasiləşdirilməsi cəhdlərinə qarşı sağlam mövqe nümayiş etdirilməli, dövlətçilik və milli maraqlar əsas götürülməlidir.
DİGƏR XƏBƏRLƏR
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Allahşükür Paşazadə hicab məsələsindən danışdı
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur
-
Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları
XƏBƏR LENTİ
-
Faciəli şəkildə ölən 14 yaşlı qızın (Fotosu)
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Azərbaycan Türkiyənin kiçik qardaşı deyil: bir millət, iki dövlət və imperiya iddialarının sərhədləri
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib
-
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
-
Qara dənizdə iki gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi - XİN
-
"Qızlar pullu oğlana ərə getmək istəyir, oğlanlar da varlı qız almaq"
-
“Bunun İslamla əlaqəsi yoxdur”
-
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
-
Rusiyada qaz kəmərində güclü partlayış - Yanğın başladı
-
Nəfəs tənqid olunan videosundan danışdı: “Bilirdim ki, paylaşacaqsınız”
-
"Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar"
-
Allahşükür Paşazadə hicab məsələsindən danışdı
-
Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiya dərinləşir - Sevil Mikayılova
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb
-
Əmrahın oğlu Bakı metrosundan paylaşım etdi - (Video)
-
Roma Papası xəstəxanaya yerləşdirildi
-
Zeynəb Həsəni: “Sizi Allaha həvalə edirəm, o çörəyi necə yeyirsiniz?” - (Video)
-
“Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq” – Lukaşenko





