Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.
Milli.Az bəyanatın tam mətnini təqdim edir:
"Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi millət vəkilləri, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur.
Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi "Bir millət, iki dövlət" prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir.
Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Ölkəmizdə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xalqımıza, onun tarixinə və böyük şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, AKP iqtidarı bütün bunların qarşısının alınması istiqamətində heç bir addım atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar doğurur.
Hesab edirik ki, Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya təmsilçiləri, bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinəcəklər".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Bunun İslamla əlaqəsi yoxdur”
-
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
-
"Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar"
-
Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiya dərinləşir - Sevil Mikayılova
-
Azərbaycanla bağlı açıqlamalar narazılıq yaratdı - YAP-dan reaksiya
-
Laos Prezidenti Zəfər parkını ziyarət edib - (Foto)
XƏBƏR LENTİ
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib
-
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
-
Qara dənizdə iki gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi - XİN
-
"Qızlar pullu oğlana ərə getmək istəyir, oğlanlar da varlı qız almaq"
-
“Bunun İslamla əlaqəsi yoxdur”
-
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
-
Rusiyada qaz kəmərində güclü partlayış - Yanğın başladı
-
Nəfəs tənqid olunan videosundan danışdı: “Bilirdim ki, paylaşacaqsınız”
-
"Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar"
-
Allahşükür Paşazadə hicab məsələsindən danışdı
-
Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiya dərinləşir - Sevil Mikayılova
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb
-
Əmrahın oğlu Bakı metrosundan paylaşım etdi - (Video)
-
Roma Papası xəstəxanaya yerləşdirildi
-
Zeynəb Həsəni: “Sizi Allaha həvalə edirəm, o çörəyi necə yeyirsiniz?” - (Video)
-
“Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq” – Lukaşenko
-
Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - (Video)
-
Rusiyanın peykləri yüksəkliyi itirir
-
Günel Ebru Gündeşlə yaşadığı gərginlikdən danışdı: "Yolumu kəsdi"
-
Bakının nəbzi cazla döyündü! - 21-ci Baku Jazz Festival İçərişəhərin qəlbində möhtəşəm musiqi bayramı ilə başa çatdı - (Foto)
-
63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur





