İqtisadiyyat

Azərbaycanda əhalinin borc yükü artıb

13 Oktyabr 2026 19:00
Baxış: 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə sabitliyi hesabatı"nda məlumat verilib.

Hesabata əsasən, bu il iyulun 1-nə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 18.7 faiz təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi artıb.

Mərkəzi Bankın hesabatında bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri artsa da, borc yükünün həmin gəlirlərdəki payı yüksəlməkdə davam edir.

Qurum əhalinin borc yükündəki dəyişiklikləri diqqətdə saxlayır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.