Mədəniyyət

Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar

13 Oktyabr 2026 19:38
Baxış: 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Meksika İttifaq Konqresində rəssam Mehriban Alışovanın əsərlərindən ibarət incəsənət sərgisinin açılışı ilə iki ölkə arasında parlament və mədəniyyət diplomatiyası sahəsində mühüm addım atılıb.

Milli.Az xəbər verir ki, tədbir Meksika-Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat Dulce Maria Korina Vilyeqas Querreros və Mədəniyyət və Kinematoqrafiya Komissiyasının üzvlərinin birgə təşkilatçılığı ilə San-Lasaro Qanunvericilik Sarayında keçirilib.

Səfir Seymur Fətəliyev: "İncəsənət qarşılıqlı anlaşma vasitəsidir"
Açılış mərasimində çıxış edən Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev deputat Dulce Maria Korina Vilyeqasın Dostluq Qrupuna rəhbərlikdəki liderliyini yüksək qiymətləndirib. Səfir bildirib ki, səfirlik ilə Meksika qanunverici hakimiyyəti arasındakı sıx əməkdaşlıq ikitərəfli əlaqələrin dinamik inkişafına şərait yaradıb.

Diplomat incəsənətin xalqlararası anlaşma aləti olduğunu vurğulayaraq, Azərbaycanın YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilmiş 24 elementə sahib olduğunu və qlobal mədəniyyətin qorunmasında ön sıralarda yer aldığını fəxrlə diqqətə çatdırıb. O, həmçinin Frida Kalo irsi daxil olmaqla Meksika incəsənət ənənələrinin Azərbaycan rəssamlığına təsirini qeyd edərək iki ölkə arasındakı mədəni bağlara toxunub.

Deputat Vilyeqas: "Mədəni diplomatiyanı gücləndirəcəyik"
Deputat Dulce Maria Korina Vilyeqas Deputatlar Palatasının Azərbaycanla dostluq əlaqələrini və mədəni diplomatiyanı daha da inkişaf etdirmək əzmində olduğunu təsdiqləyib.

San-Lasaro Sarayında tutulan bu yüksək səviyyəli dialoq parlament diplomatiyasının xalqlar arasında korpü rolunu oynadığını və Meksikanın beynəlxalq nüfuzunu möhkəmləndirdiyini bir daha nümayiş etdirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.