Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumatda qeyd edilib.
Bildirilib ki, oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağın Bakıda keçiriləcək AQEM-in Zirvə görüşündə iştirakının əhəmiyyətindən danışan Milli Məclisin sədri Laosun bu platformada təmsil olunmasının yüksək qiymətləndirildiyini qeyd edib. Bu səfərin Laos dövlət başçısı səviyyəsində ölkəmizə ilk rəsmi səfər olduğunu vurğulayan spiker Sahibə Qafarova onun ikitərəfli münasibətlərdə yeni səhifə açacağına inamını ifadə edib.
Söhbət zamanı ali səviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Bu baxımdan qonağın Prezident İlham Əliyevlə görüşlərinin, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.
Görüşdə parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında özünəməxsus rolu qeyd edilib. Həmçinin beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələlərinə toxunularaq diqqətə çatdırılıb ki, parlamentlərimiz Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm platformalarda əməkdaşlıq edirlər.
Söhbət zamanı spiker Sahibə Qafarova qonağa Milli Məclisin tarixi, strukturu, parlament dostluq qruplarının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, bugünkü Yeddinci çağırış Milli Məclis 2024-cü ildə keçirilmiş parlament seçkiləri nəticəsində formalaşıb. Həmin seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçirildiyi üçün mühüm tarixi əhəmiyyət kəsb edir.
Azərbaycanda sonuncu dəfə 44 il əvvəl olduğunu bildirən Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu barədə fikirlərini bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Laos münasibətlərinin inkişafına verdiyi töhfələrdən danışıb, onun fəaliyyətini yüksək qiymətləndirib.
Bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını çatdıran Laosun dövlət başçısı ölkəsinin Azərbaycanla parlamentlərarası əlaqələr, təhsil, texnologiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafında və təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.
Qonaq bu gün Bakı Dövlət Universitetində tələbələrlə görüşdüyünü və Azərbaycanın ali təhsil ocaqlarının sovet dövründə Laos üçün 2 min nəfərədək kadr yetişdirdiyini məmnunluqla qeyd edib və bu təcrübənin davam etdirilməsinin vacibliyindən danışıb.
Söhbət zamanı parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, parlament komitələri arasında əməkdaşlığın təşviqi, beynəlxalq platformalarda koordinasiya mövzularına da toxunulub.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)
-
Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə qəbul keçirilir - (Foto)
-
Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar
-
İki çempion “Survivor 2027”də - (Foto)
-
Rüşvət almaqda ittiham edilən Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxıldı
-
Tərlan Quliyev vəfat etdi
XƏBƏR LENTİ
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı - YENİLƏNİR - CANLI
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)
-
Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə qəbul keçirilir - (Foto)
-
Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar
-
İki çempion “Survivor 2027”də - (Foto)
-
Rüşvət almaqda ittiham edilən Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxıldı
-
Tərlan Quliyev vəfat etdi
-
Azərbaycanda əhalinin borc yükü artıb
-
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan
-
Faciəli şəkildə ölən 14 yaşlı qızın (Fotosu)
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Azərbaycan Türkiyənin kiçik qardaşı deyil: bir millət, iki dövlət və imperiya iddialarının sərhədləri
-
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur" - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib
-
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
-
Qara dənizdə iki gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi - XİN
-
"Qızlar pullu oğlana ərə getmək istəyir, oğlanlar da varlı qız almaq"
-
“Bunun İslamla əlaqəsi yoxdur”





