İdman

"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək

13 Oktyabr 2026 20:19
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

FutbolArgentina milli komandasının heyətində dünya çempionu olan İspaniyanın "Atletiko" klubunun hücumçusu Xulian Alvares üçün İngiltərənin "Arsenal" komandası 100 milyon funt-sterlinq ödəmək niyyətindədir.

Milli.Az report-a istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı forvardla ötən yay da maraqlanıb.

Madrid klubunda uzunmüddətli qalmaq perspektivindən narazı olan argentinalı forvard indi "Arsenal"la danışıqlara başlamağa hazırdır.

Qeyd edək ki, X.Alvares La Liqanın cari mövsümündə "Atletiko"nun keçirdiyi 4 matçın heç birində start heyətində yer almayıb və məhsuldar göstərici ilə fərqlənməyib. Onun Madrid klubu ilə müqavilə müddəti 2030-cu ilin yayına qədərdir.

"Transfermarkt" portalı futbolçunun dəyərini 110 milyon avro qiymətləndirir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.