Kambocadan nə alırıq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında ölkələr arasında ticarət dövriyyəsinin hələlik çox aşağı səviyyədə olmasına rəğmən rəsmi səfərdən sonra dövriyyənin artacağına əminlik ifadə edilib.
Milli.Az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, Kamboca ilə Azərbaycan arasında münasibətlərin 30 ildən artıq tarixi olsa da ticarət əlaqələrindəki dəyişiklik son illərə təsadüf edir. Bununla belə, uzaq Asiya ölkəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial olduqca böyükdür.
V.Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi 12.7 milyon dollar olub. Dövriyyə tamamilə Kambocadan idxaldır.
Deputat nəzərə çatdırıb ki, ötən il heç bir Azərbaycan məhsulu Kamboca bazarına daxil olmayıb. Yəni, Azərbaycanın Kambocaya ixracatı qeydiyyata alınmayıb. Oxşar tendensiya bu ilin ilk 8 ayında da müşahidə olunub. Kambocadan 7.2 milyon dollarlıq mal idxal etsək də hələ də bu ölkənin bazarına Azərbaycan məhsulu çıxarılmır:
"Kamboca ilə ticarətimizə gəldikdə isə, 201 məhsul növü üzrə idxal həyata keçirilib. Bunlar qadınlar üçün kimyəvi saplardan palto, yarımpalto, bürüncək, plaş və analoji məmulatlar (1.075 milyon dollar), pambıq parçası ipliyindən toxunma şalvar, kombinezon (835 min dollar), kimyəvi saplardan sviter, pulover, jilet və analoji trikotaj məmulatlar (558 min dollar), kişilər üçün kimyəvi saplardan palto, yarımpalto, bürüncək, plaş və analoji məmulatlar (555 min dollar) və digər məhsullardır. Kambocadan idxalın əhəmiyyətli hissəsi yüngül sənaye məhsullarıdır.
Statistikadan göründüyü kimi, Azərbaycanın qeyri neft-qaz məhsullarının Kamboca bazarına ixrtacatı daha prioritetləşməkdədir. Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldindiyi bildirildi. Bu o deməkdir ki, Azərbaycan məhsulları yaxın zamanlarda Kamboca bazarına da daxil ola biləcək".
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
-
Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
-
Prezident İlham Əliyev: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir
-
Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək
-
Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib
-
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
-
AFFA "Neftçi"ni 5000 manat cərimələdi
-
Toyuq dönərlərində yad cisimlər aşkarlanır - AQTA araşdırır - (Video/Foto)
-
Türkiyədə gəlinlə anası Aysunun mahnısına rəqs edib ağladı - (Video)
-
Torpağa dəyər, gələcəyə inam - Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! - (Foto)
-
Milli Məclisin iclası başladı
-
“Breaking Bad”in aktyoru evində ölü tapıldı - (Foto)
-
Güləşçimiz dünya çempionatında finala vəsiqə qazandı
-
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - (Foto)
-
Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırır – Cavanşir Axundov “Tofiq Abbasovla dialoq” verilişində - (Video/Foto)
-
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Sılanın 101 yaşlı nənəsi konsertinə gəldi - (Video)
-
“Roşka” ilə bağlı məhkəmədən qərar
-
Pensiyalar bu tarixdə ödəniləcək - Rəsmi
-
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
-
Kambocadan nə alırıq?
-
Motosiklet və skuter idarə edənlərə xəbərdarlıq - (Video)
-
Maykl Cordanın forması rekord qiymətə satıldı - (Video)





