Torpağa dəyər, gələcəyə inam - Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
8-10 oktyabr tarixlərində III Beynəlxalq Aqro Biznes Forumu keçirilib. Tədbirin baş sponsoru "Ziraat Bank Azərbaycan" ASC olub.
Aqrar sektorun inkişafı, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan forum dövlət qurumlarının, maliyyə institutlarının, yerli və xarici şirkətlərin nümayəndələrini bir araya gətirib.
Forum çərçivəsində kənd təsərrüfatına investisiyaların cəlb edilməsi, aqrar sahibkarlığın dəstəklənməsi, maliyyə resurslarına çıxış imkanlarının artırılması və sektorda yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirdə çıxış edən "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir bankın aqrar sektorun inkişafına verdiyi davamlı dəstəkdən danışıb.
O bildirib ki, "Ziraat Bank Azərbaycan" ASC olaraq kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların etibarlı maliyyə tərəfdaşı olmaqla yanaşı, onların bizneslərinin inkişafına, fəaliyyətlərinin genişləndirilməsinə və yeni imkanlar qazanmalarına hər zaman xüsusi önəm veririk. Dr. Selçuk Demir çıxışında kənd təsərrüfatı, su və enerji resurslarının qlobal əhəmiyyətinə diqqət çəkərək bu sahələrin dünyanın gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynadığını vurğulayıb. "Kənd təsərrüfatı süfrəmizdəki çörəyimiz, iqtisadiyyatımızın və gələcəyimizin təminatıdır", - deyə o qeyd edib.
Forum çərçivəsində "Ziraat Bank Azərbaycan" ASC tədbirin baş sponsoru olaraq təltif edilib.
Forumda həmçinin Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov, Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov, Türk Dünyası Tarım Birliyinin sədri Doğan Başaran və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") icraçı direktoru Zaur Kərimov çıxış ediblər.
Qeyd edək ki, Beynəlxalq Aqro Biznes Forumu ənənəvi beynəlxalq biznes platforması kimi fəaliyyətini davam etdirir. 2023-cü ildə keçirilən ilk forumda 10 ölkədən 55 şirkət və 900 iştirakçı, 2024-cü ildə təşkil olunan ikinci forumda isə 10 ölkədən 30 şirkət və 2000 iştirakçı təmsil olunub.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
-
Torpağa dəyər, gələcəyə inam - Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! - (Foto)
-
Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırır – Cavanşir Axundov “Tofiq Abbasovla dialoq” verilişində - (Video/Foto)
-
Pensiyalar bu tarixdə ödəniləcək - Rəsmi
-
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
-
Motosiklet və skuter idarə edənlərə xəbərdarlıq - (Video)
XƏBƏR LENTİ
-
Bakıda məktəbə daş atıldı: İki şagird xəsarət aldı - (Video)
-
“İmişli” baş məşqçisi ilə yollarını ayırdı
-
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
-
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb
-
"Roma" - "Real" oyunu azərbaycanlı hakim idarə edəcək
-
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
-
Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
-
Prezident İlham Əliyev: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir
-
Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək
-
Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib
-
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
-
AFFA "Neftçi"ni 5000 manat cərimələdi
-
Toyuq dönərlərində yad cisimlər aşkarlanır - AQTA araşdırır - (Video/Foto)
-
Türkiyədə gəlinlə anası Aysunun mahnısına rəqs edib ağladı - (Video)
-
Torpağa dəyər, gələcəyə inam - Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! - (Foto)
-
Milli Məclisin iclası başladı
-
“Breaking Bad”in aktyoru evində ölü tapıldı - (Foto)
-
Güləşçimiz dünya çempionatında finala vəsiqə qazandı
-
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - (Foto)
-
Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırır – Cavanşir Axundov “Tofiq Abbasovla dialoq” verilişində - (Video/Foto)
-
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Sılanın 101 yaşlı nənəsi konsertinə gəldi - (Video)
-
“Roşka” ilə bağlı məhkəmədən qərar





