Şou-biznes

“Breaking Bad”in aktyoru evində ölü tapıldı - (Foto)

13 Oktyabr 2026 11:06
Baxış: 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyaca məşhur "Breaking Bad" serialında baş qəhrəmanın oğlu Uolter Uayt kimi tanınan amerikalı aktyor Ar Cey Mitt (RJ Mitte) 34 yaşında faciəvi şəkildə vəfat edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, aktyorun cansız bədəni yaşadığı evdə tapılıb.

Ölüm səbəbi ilə bağlı araşdırma davam edir.

Serebral ifliclə yaşayan Mitte əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə də məşğul olub, "Birləşmiş Serebral İflic" təşkilatının və "Shriners Children's" fondunun səfiri kimi fəaliyyət göstərib.

Aktyor "Breaking Bad" serialının 56 seriyasında rol alıb. O, həmçinin "The Oak Room", "The Recall" və "The Guardians of Justice" ekran əsərlərində çəkilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.