Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mənzilini kirayəyə verən vətəndaşlar əldə etdikləri gəlirdən vergi ödəməli, bəzi hallarda isə vergi ödəyicisi kimi uçota alınaraq VÖEN əldə etməlidirlər. Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi qaydası kirayə haqqını ödəyən şəxsin vergi uçotunda olub-olmamasından asılıdır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri bu qaydadan istisnadır.
Kirayə haqqını ödəyən şəxs vergi orqanında uçotda olan fiziki şəxsdirsə, o, vergini ödəmə mənbəyində tutmalı, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və müvafiq vergi bəyannaməsini təqdim etməlidir.
Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda deyilsə, mənzilini kirayəyə verən vətəndaş özü və ya təyin etdiyi vergi agenti vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və gəlirindən 10 faiz dərəcə ilə vergi hesablamalıdır. Bu halda gəlir vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq təqdim edilməli, hesablanmış vergi də həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.
Bəs VÖEN-i necə əldə etmək olar?
Dövlət Vergi Xidmətinin məlumatına görə, fiziki şəxs "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyətini təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə uçota alına bilər. Bu xidmət ödənişsizdir.
Qeydiyyat ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Uçota alınma barədə şəhadətnamə emal müddəti nəzərə alınmaqla elektron kabinetə göndərilir. Ərizədə qeyd edildiyi halda, sənəd kağız daşıyıcıda da təqdim olunur.
Vətəndaşlar vergi orqanına getmədən də elektron qaydada qeydiyyatdan keçə bilərlər. Bunun üçün gücləndirilmiş elektron imza, o cümlədən "Asan İmza" vasitəsilə İnternet Vergi İdarəsi portalından istifadə etmək mümkündür.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Qaradağda məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)
-
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - (Foto)
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama





