Cəmiyyət

AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)

12 Oktyabr 2026 15:34
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Ruminiyaya işgüzar səfəri çərçicəsində Buxarestdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovla görüşüb.

Görüşdə AQC sədri səfirə Rumuniya ilə Azərbaycan arasında qiymətləndirmə sahəsində əməkdaşlıq imkanları, Azərbaycan mütəxəssislərinin Avropa qiymətləndirmə məkanına inteqrasiyası və beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi istiqamətləri barədə məlumat verib.

Vüqar Oruc Azərbaycan qiymətləndiriciləri ilə Rumıniya Qiymətləndiricilər Palatası (ANEVAR) arasında əməkdaşlığın rəsmiləşdirilməsi və memorandumun imzalanması istiqamətində görülən işləri səfirin diqqətinə çatıdırıb. Bu əlaqələrin həm Avropa Qiymətləndiricilər Assosiasiyası (TEGoVA) çərçivəsində, həm də birbaşa əməkdaşlıq yolu ilə inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə AQC-nin beynəlxalq fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycanda milli qiymətləndirmə standartlarının hazırlanması məsələləri də diqqət mərkəzində olub. Vüqar Oruc AZSTAND yanında 54 saylı texniki komitənin fəaliyyəti və bu istiqamətdə görülən işlər barədə səfiri məlumatlandırıb.

Azərbaycan-Rumıniya münasibətlərinin inkişafına və iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qüdsi Osmanova AQC İdarə Heyətinin sədri tərəfindən təşəkkürnamə təqdim edilib. Vüqar Oruc, həmçinin səfirə "Qiymətləndirmə" jurnalının ilk sayını hədiyyə edib. Jurnal səfrliyin kitabxanasına təqdim olunub.

Səfir Qüdsi Osmanov AQC-nin fəaliyyətinə xüsusi önəm verdiyini bildirib və Azərbaycanla Rumıniyanın qiymətləndiriciləri arasında əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

media-fexri-ferman-teqdimati media-kitab-teqdimati_-resmi-portret media-azerbaycan-ve-ruminiya-bayraqlari-onunde-resmi-portret

 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.