Şou-biznes

Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)

12 Oktyabr 2026 15:45
Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əməliyyat keçirən müğənni Tacir Şahmalıoğlu səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi arıqlamış görüntülərini paylaşan sosial şəbəkə səhifələrinə müraciət edərək fotolarının bu formada yayımlanmamasını istəyib. O, hazırda özünü yaxşı hiss etdiyini və səhhətində narahatlıq olmadığını vurğulayıb.

"Məni belə yayımlamayın. Səhhətim yaxşıdır, özümü çox yaxşı hiss edirəm. Hələ bundan sonra iki əsr də belə yaşayacağam. Hər şey yaxşıdır, gördüyünüz vəziyyətdəyəm. Sadəcə demək istəyirəm ki, meşə çaqqalsız olmaz", - deyə Tacir Şahmalıoğlu bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.