Dünya

Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu

12 Oktyabr 2026 16:07
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Pakistanın Kvetta şəhərində hərbi təlim təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həyatını itirib.

Milli.Az xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Pakistan Ordu Aviasiyasına məxsus "Muşşak" təlim təyyarəsi günorta saatlarında Navan Killi ərazisində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə olan mayor və kapitan rütbəli iki pilot həlak olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.