İdman

Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı

12 Oktyabr 2026 17:14
Baxış: 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" futbol klubunda kadr dəyişikliyi baş verib.

Ağdam təmsilçisindən Milli.Az-a verilən məlumata görə, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.

2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğunu, 1 dəfə ölkə kubokunu qazanıb.

O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb. Klubdakı fəaliyyəti dövründə nüfuzlu Yohan Kroyf institutunun diplomunu alan Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.