Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin yanvar-avqust aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə ümumilikdə 1 milyard 873 milyon 318,2 min manat xərcləyiblər.
Milli.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 355 milyon 20,1 min manat və yaxud 15,9 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 8 ayda nəqliyyata 836 milyon 54,2 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 187 milyon 166,5 min manat və yaxud 18,2 % azdır.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 24,5 % və yaxud 112 milyon 401,3 min manat azalaraq 345 milyon 538,7 min manat olub.
Turistlər qidalanmaya 349 milyon 439,9 min manat xərcləyib ki, bu da bir il əvvələ nisbətən 64 milyon 672,4 min manat və yaxud 15,6 % azdır.
Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 9,2 % azalaraq 11 milyon 981,8 min manat olub.
Yanvar-avqust aylarında turizm zərfinin alınmasına isə 859,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 147,4 min manat və ya 14,6 % azalıb.
Nəqliyyat vasitələrinin icarəsinə 2 milyon 962,2 min manat (+4 %) , idman və əyləncə xidmətlərinə 17 milyon 27,6 min manat (+16 %), malların və hədiyyələrin alınmasına 235 milyon 589,2 min manat (+6,3 %), digər istiqamətlərə isə 73 milyon 865,1 min manat (-7,4 % ) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 5 % azalaraq 585 milyon 309,8 min manat təşkil edib. Türkiyədən gələn turistlərin xərcləri 201 milyon 983 min manat olub ki, bu da illik müqayisədə 10,5 % azdır. İsraildən səfər edənlərin xərcləri isə 74,5 % artaraq 108 milyon 614,9 min manata çatıb.
8 ayda Azərbaycana 191 ölkədən 1 milyon 586 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 27,9 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,8 %-i İran, 4,8 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,5 %-i İsrail, 3,4 %-i Pakistan, 3,2 %-i Özbəkistan, hər birindən 2,6 % olmaqla Çin və Hindistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, 1,1 %-i Almaniya, 1 %-i Böyük Britaniya, 12,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 66,9 %-ini kişilər, 33,1 %-ini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,6 % artaraq 77,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 artaraq 619,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 33,3 azalaraq 192 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,2 % azalaraq 696,7 min nəfər təşkil edib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
XƏBƏR LENTİ
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu





