İdman

"Futbol tarixinin ən yaxşısı mənəm"

12 Oktyabr 2026 14:45
Baxış: 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu dünyanın ən yaxşı oyunçusu olduğunu bir daha bəyan edib.

Milli.Az xəbər verir ki, o, bu barədə "CNN Portugal"a müsahibəsində danışıb. Karyerası və meydandakı çıxışları ilə bağlı müzakirələrə münasibət bildirən hücumçu özünü futbol tarixinin ən yaxşısı hesab etdiyini vurğulayıb.

"Tarixin ən yaxşısı mənəm və nöqtə", - deyə Kriştianu Ronaldu bildirib.

Ulduz futbolçu özündən üstün hesab etdiyi başqa bir oyunçunun olmadığını da qeyd edib. O, bu qənaətini şəxsi statistikası və karyerası ərzində əldə etdiyi nəticələrlə əsaslandırıb.

Ronaldu Lionel Messi ilə uzun illər davam edən rəqabətini də xatırladıb. Portuqaliyalı hücumçu bu mübarizəni "Formula-1"də Ayrton Senna ilə Alen Prost arasında yaşanan tarixi rəqabətlə müqayisə edib.

Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində vurduğu qolların sayını 1000-ə çatdırmağı hədəfləyir. Təqdim olunan məlumata əsasən, onun hesabında hazırda 980 rəsmi qol var.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.