Dünya

Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı

12 Oktyabr 2026 14:43
Baxış: 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisidə sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb.

Apsny.ge məlumat verir ki, səfir itlərdən qorunmağa çalışarkən yıxılıb və ayağı sınıb.

Yerli sakinlər səfirə ilkin tibbi yardım göstərib və təcili tibbi yardım çağırıblar.

Xatırladaq ki, Seyid Əli Mocani 2026-cı ilin yanvarında İranın Gürcüstandakı səfiri vəzifəsinin icrasına başlayıb. O, bundan əvvəl İranın xarici işlər sistemində çalışıb, diplomatik tarix və arxiv məsələləri üzrə fəaliyyət göstərib, həmçinin İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.