Maraqlı

Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın

12 Oktyabr 2026 08:08
Baxış: 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yaponların intizam anlayışından qaynaqlanan 5S üsulu evdəki səliqəsizliyi azaltmaq və nizamı daimi etmək istəyənlər üçün pratik bir həll təklif edir.

Milli.Az xəbər verir ki, əslində iş yerləri üçün hazırlanan bu sistem beş təməl addımdan ibarətdir.

"5S" üsulunun 5 təməl addımı:
Seiri (Ayıqlama / Seçmə): İstifadə olunmayan, gərəksiz əşyalar müəyyən edilir və məkandan kənarlaşdırılır.

Seiton (Düzənləmə / Nizamlama): Hər bir əşya üçün xüsusi yer təyin olunur. Tez-tez istifadə edilən əşyalar əl çatacaq yerlərə qoyulur.

Seiso (Səliqə-səhman / Təmizlik): Nizama salınan ərazi (masa, dəzgah, rəflər) silinib təmizlənir.

Seiketsu (Standartlaşdırma): Nizamın qorunması üçün sadə qaydalar qoyulur (məsələn, istifadə edilən əşya dərhal öz yerinə qaytarılır).

Shitsuke (Disiplin / İntizam): Bu addımlar gündəlik vərdişə çevrilərək səliqəsizliyin yenidən yığılmasının qarşısı alınır.

Bütün evi eyni anda toplamaq məcburi deyil. Günde cəmi 10 dəqiqə ayıraraq təkcə bir otaq, masa və ya çəkməcə üzərində işləmək kifayətdir. Məqsəd təkcə sürətli təmizlik etmək deyil, kiçik addımlarla səliqəni daimi vərdişə çevirməkdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.