Dünya

Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq

11 Oktyabr 2026 23:37
Baxış: 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın da analoji addım atacağı təqdirdə ölkəsinin Rusiya enerji obyektlərinə zərbələri dayandırmağa hazır olduğunu bildirib.

Milli.Az xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb.

"Bu gün ABŞ Prezidentinin enerji sahəsində atəşkəsə nail olunduğu barədə bəyanatı var. Bu, hamı üçün yaxşı xəbərdir. Vacib olan həmin razılaşmanın reallığa çevrilməsidir", - Ukrayna Prezidenti qeyd edib.

Onun sözlərinə görə, Kiyev atəşkəsin təmin edilməsinə və müharibənin başa çatdırılmasına yönəlmiş bütün real və etibarlı təşəbbüsləri dəstəkləyir.

"Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə hazırdır. Biz Rusiyadan da eyni hazırlığı gözləyirik və ABŞ Prezidentinin bu məsələ ilə bağlı əldə etdiyi razılaşmaya ümid edirik. Belə bir razılaşmanı alqışlayırıq", - Zelenski vurğulayıb.

Ukrayna lideri bildirib ki, Kiyev bundan əvvəl də gərginliyin azaldılması üçün müxtəlif addımlar təklif edib, lakin onun iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin hər dəfə bu təşəbbüsləri rədd edib.

"Putinin bütün təkliflərə bir cavabı olub - 'yox'. Ümid edirik ki, nəhayət, o, Amerikaya, Ukraynaya və bütün dünyaya başqa bir söz deyəcək. Qətllərdən və aldatmadan fərqli, real və ədalətli sülhə gətirib çıxaracaq bir söz. Ukrayna sülh istəyir. Sual budur: Rusiya bunu istəyirmi?" - Zelenski bildirib.

Prezident həmçinin Ukrayna Silahlı Qüvvələrinə müvafiq göstərişlərin artıq verildiyini açıqlayıb.

O, əlavə edib ki, Ukrayna müdafiəsini davam etdirir, beynəlxalq dəstəyin artırılması üçün çalışır və sülhə kömək edə biləcək tərəfdaş təşəbbüslərini alqışlayır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.