Hadisə

Azərbaycanda tanınmış şair vəfat etdi

11 Oktyabr 2026 13:38
Baxış: 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Görkəmli şair, tərcüməçi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuş Ayaz Vəfalı vəfat edib.

Milli.Az Ölkə.az-a istinadla xəbər verir ki, bunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan bildirib.

A.Vəfalı 89 yaşında dünyasını dəyişib.

Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1954-1959).

Mərhum şair əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlayıb. Burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960-1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976-1977) yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977-1978), məsul katib (1978-1993), baş redaktorun müavini (1993-1996) vəzifələrində çalışıb. 1996-2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.

Allah rəhmət etsin!

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.