Əti yenidən dondurmaq olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər.
Milli.Az xəbər verir ki, ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasını da pisləşdirə bilər.
Əti nə vaxt yenidən dondurmaq olar?
Ekspertlər bildirirlər ki, əgər ət soyuducuda əridilibsə, bütün müddət ərzində soyuq şəraitdə qalıbsa və xarab olma əlamətləri yoxdursa, onu adətən yenidən dondurmaq mümkündür. Burada ətin əridilmiş vəziyyətdə nə qədər qaldığını da nəzərə almaq vacibdir. Məsələn, təzə ət parçaları soyuducuda təxminən 3-5 gün saxlanıla bilər. Ət təkrar dondurulmazdan əvvəl soyuducuda bir gün qalıbsa, növbəti dəfə əridildikdən sonra həmin bir gün ümumi saxlanma müddətindən çıxılmalıdır.
Əgər ət mikrodalğalı sobada və ya soyuq suda əridilibsə, mütəxəssislər onu əvvəlcə bişirməyi, yalnız bundan sonra yenidən dondurmağı məsləhət görürlər. Çiy əti mətbəx masasının üzərində əriməyə qoymaq isə xüsusilə təhlükəlidir. Təxminən +4 ilə +60 dərəcə arasında bakteriyalar sürətlə çoxala bilər və məhsul sağlamlıq üçün riskli hala gələ bilər.
Ətin atılmalı olduğunu necə anlamaq olar?
Pis qoxu, qeyri-adi rəng və ya sürüşkən səth ətin istifadə üçün yararsız olduğuna işarədir. Bu əlamətlər varsa, məhsulun soyuducuda nə qədər qalmasından asılı olmayaraq onu atmaq daha təhlükəsizdir. Ekspertlər quş əti və qiymə ilə daha ehtiyatlı davranmağı tövsiyə edirlər. Çünki bu məhsullarda bakterial çirklənmə riski daha yüksəkdir. Tiltmanın sözlərinə görə, o, quş əti və qiyməni yalnız soyuducuda tam şəkildə əridildikdə və 24 saatdan çox gözləmədikdə yenidən dondurur.
Təkrar dondurulan ətə nə olur?
Təhlükəsizlik baxımından hər şey düzgün aparılsa belə, məhsulun keyfiyyəti aşağı düşə bilər. Dondurma zamanı ətin daxilindəki su buz kristallarına çevrilir və hüceyrə quruluşunu zədələyir. Əridildikdən sonra həmin hüceyrələrdən müəyyən miqdarda maye ayrılır. Bu proses nə qədər çox təkrarlanarsa, ət bir o qədər quru və sərt ola bilər. Buna görə mütəxəssislər əti dəfələrlə dondurub-əridilməsini məsləhət görmürlər.
Ətin keyfiyyətini daha yaxşı qorumaq üçün onu mümkün qədər havasız şəkildə kip qablaşdırmaq tövsiyə olunur. Ən yaxşı variantlardan biri vakuum qablaşdırmadır. Mütəxəssislər əvvəllər əridilmiş ətin qablaşdırılmasının üzərində qeyd aparmağı da məsləhət görürlər. Məsələn, ətin təkrar dondurulmazdan əvvəl soyuducuda neçə gün qaldığını yazmaq olar. Bu, növbəti əridilmədən sonra qalan təhlükəsiz saxlanma müddətini hesablamağa kömək edər. Təkrar dondurma ehtiyacını azaltmağın daha sadə yolu isə əti əvvəlcədən kiçik porsiyalara bölməkdir. Beləliklə, dondurucudan yalnız bişirmək üçün lazım olan miqdarı çıxarmaq mümkün olur. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Minlərlə insanın səhv cavab verdiyi həmin məşhur riyaziyyat sualı
-
Əti yenidən dondurmaq olar?
-
Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq? - (Video)
-
Evinə aldığı üzümün rəngi çıxdı - (Video)
-
Corc Qafarovun toyudur - (Video)
-
Günün qoroskopu: Qarşınıza çıxan yeni pul qazanmaq imkanlarından yararlanmalısınız
XƏBƏR LENTİ
-
Minlərlə insanın səhv cavab verdiyi həmin məşhur riyaziyyat sualı
-
Əti yenidən dondurmaq olar?
-
Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq? - (Video)
-
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
-
Evinə aldığı üzümün rəngi çıxdı - (Video)
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
-
Corc Qafarovun toyudur - (Video)
-
Günün qoroskopu: Qarşınıza çıxan yeni pul qazanmaq imkanlarından yararlanmalısınız
-
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiyası - (Video)
-
Türkiyədə zəlzələ olub
-
Xətaidə maşın alışıb yandı - (Video)
-
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
-
“Mançester Yunayted” azlıqda qalan “Tottenhem” üzərində qələbə qazana bilmədi
-
Azərbaycanlı gənc Polşada vəfat etdi
-
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
-
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
-
Timoşenko hörüklərini açdı - (Video)
-
Lerikə güclü dolu yağdı - (Video)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)
-
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - deputat açıqladı
-
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta – (Video)





