İdman

“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib

10 Oktyabr 2026 22:29
Baxış: 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Super Liqasında VII turun oyunları davam edir.

Milli.Az xəbər verir ki, "Trabzonspor" səfərdə "Samsunspor"la qarşılaşıb.

Trabzon təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək üç xalı aktivinə yazdırıb.

"Trabzonspor"un qollarını 28-ci dəqiqədə Ernest Muçi, 38-ci dəqiqədə Çibuyke Nvayvu və 40-cı dəqiqədə Frankulino Cu vurub. Qonaqlar 43-cü dəqiqədə Melih Kabasakalın birbaşa qırmızı vərəqə almasına baxmayaraq, üstünlüklərini sona qədər qoruyublar.

Günün digər görüşlərində "Gənclərbirliyi" "Amedspor"la 2:2, "Alanyaspor" isə "Erzurumspor"la 0:0 hesablı heç-heçə edib.

"Fənərbaxça" isə "Rizespor"u səfərdə 3:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi bununla ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, hər iki qalib komanda xalını 13-ə yüksəldib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.