İdman

Azərbaycan cüdoçularından DÇ-də rekord

10 Oktyabr 2026 19:35
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan cüdoçuları dünya çempionatında rekord sayda medal qazanıb.

Milli.Az-ın məlumatına görə, medallardan birinin əyarı qızıl, ikisi gümüş, dördü isə bürünc olub.

Oktyabrın 4-də start verilən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.

Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına sabah qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.