İqtisadiyyat

"Bitcoin" bahalaşıb

10 Oktyabr 2026 10:30
Baxış: 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb.

Milli.Az xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatlarına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 0,19% artaraq 82 646,65 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyuta son 7 gündə 2,34% ucuzlaşıb.

"Ethereum"un qiyməti 0,07% azalaraq 2 493,67 dollara enib. "BNB" 0,70% bahalaşaraq 748,19 dollar, "XRP" isə 0,70% artaraq 1,40 dollar təşkil edib.

Stabil kriptovalyutalardan "Tether"in (USDT) qiyməti 0,01% artaraq 0,9991 dollar, "USDC"nin qiyməti isə 0,01% yüksələrək 0,9999 dollar olub.

Digər aktivlər arasında "Solana"nın qiyməti 0,51% azalaraq 109,99 dollara, "TRON"un qiyməti isə 0,43% ucuzlaşaraq 0,3306 dollara düşüb. "Hyperliquid" 1,63% ucuzlaşaraq 84,29 dollar təşkil edib.

Bununla yanaşı, "Zcash"in qiyməti 0,35% artaraq 1 225,45 dollara, "Dogecoin"in qiyməti isə 1,21% yüksələrək 0,08639 dollara çatıb.

"CoinMarketCap 20" indeksi son 24 saatda 0,45% artaraq 169,17 dollar təşkil edib.

Bununla belə, həftəlik göstəricilər bazarda eniş meylinin üstünlük təşkil etdiyini göstərir. Son 7 gündə "Ethereum" 6,87%, "Solana" 8,04%, "Zcash" 7,31%, "Dogecoin" isə 7,26% ucuzlaşıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.