Türkiyə

Türkiyədə uşaqların sosial şəbəkə istifadəsinə məhdudiyyət qoyulur

10 Oktyabr 2026 09:50
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni qaydalar noyabrın 1-dən qüvvəyə minəcək.

Milli.Az xəbər verir ki, yeni tələblərə əsasən, 15 yaşına çatmamış şəxslərə sosial şəbəkə xidmətlərinin göstərilməsi qadağan ediləcək. 15-18 yaş arası yeniyetmələr üçün isə xüsusi təhlükəsizlik rejimi tətbiq olunacaq.

Qaydalara görə, yeniyetmələrin hesabları ilkin olaraq qapalı olacaq, onlara canlı yayımlardan və fərdiləşdirilmiş reklamlardan istifadə etməyə icazə verilməyəcək. Platformalar həmçinin azyaşlıların profillərini digər istifadəçilərə tövsiyə edə bilməyəcək.

Bundan əlavə, valideynlərə uşaqların hesablarını, platformada keçirdikləri vaxtı, geolokasiya məlumatlarını və ödənişlərini idarə etmək imkanı verən xüsusi nəzarət vasitələri yaradılacaq. Mövcud hesablar üzrə yaş təsdiqləmə prosesi isə 2027-ci il martın 31-dək tamamlanmalıdır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.